Shopify haqqında

Salam. Shopify sayti haqda məlumatı olan vəya alışveriş edəniniz var?mən həmin saytda satış eləmək istəyirəm, ama bilmirəm necə olur? məlumat versəz çox sevinərəm. Öncədən təşəkkürlər

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

E. Hacı (2017-12-03 20:42:10)
nə istəsəz sata bilərsiz. Shopify özü Dropshipping üçün deyil, ticarət üçündür. Dropshipping işini orada əlavə plugin olan Oberlo görür.

Jezz (2017-12-03 01:08:14)
Özüm şəxsən istifadə etməmişəm, amma hərhalda o da mümkündür, niyə olmasın. Nəticə etibari ilə mağaza sizindir.

Mahmood (2017-12-03 01:00:58)
Çox sağol un. Mənbəsas bilmək istəyirəmki, mən öz əlimdə olan bir şeyi sata bilərəm?yoxsa mütləq dropshippong olmalıdı?

Jezz (2017-12-02 21:25:42)
Shopify öz onlayn mağazanızı yaratmağınız üçün saytdır. Sayt sizə öz mağazanızı açmağınız təmin edir ki, dropshipping ticarət həyatə keçirə biləsiniz. Dropshipping-in mahiyyəti odur ki, siz hansısa onlayn mağazada olan malları (məsələn, Amazon) öz məhsulunuz kimi yerləşdirirsiz öz saytınızda. sanki topdansatışçıdan alıb biraz baha qiymətə satırsınız. Müştəri də sizin hesabınıza ödəmə etdikdən sonra, siz sifarişi qəbul edirsiniz, daha sonra malı sifariş verib, sizə sifariş edən şəxsin adresinə göndərtdirirsiniz. Shopify da sizin mağazanız rolunu oynayır. Qısaca olaraq belədir. Demək olar ki, siz satdığınız malların üzünü görmürsünüz. Mənfi tərəfləri və müsbət tərəfləri var. Görüldüyü qədər sadə, rahat mexanizm deyil.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

AMAZON DROPSHIPPING və AMAZON FBA

2checkout sistemini quraşdırmaq

Alış veriş saytı açmaq

kommunal çeklər

Onlayn satış üçün hansı sistemi tövsiyyə edirsiz?

“Shopify”ın Azərbaycanda istifadəsi