Web yoxsa Desktop?

Salamlar. Hansının geleceyini daha parlaq gorursuz Web yoxsa Desktop? Ve niye?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

E. Hacı (2017-12-08 01:03:19)
Heç biri və hər ikisi. Veb və Desktop mübarizəsində veb qalib gəldi. Daha sonra veb özü də inkişaf edib mürəkkəbləşdi və indi desktop proqramları ilə vebdə bir çox işlər görülür. Məsələn gündəlik girdiyiniz bir çox saytların (məs. facebook) bir çox funksiyaları server tərəfdə desktop sayılan dillər tərəfindən görülür. İndi artıq web application erasıdır. Burada iki tərəf iştirak edir. 1. Frontend development - hansı ki əvvəllər sadəcə html,css və yüngülvari javascriptdən ibarət idi, indi isə çox böyük bir platformaya çevrilib (react, angular və.s.). 2. Backend development - hansı ki əvvəllər CMS, Framework və ya native dillərdə yazılan kodlardan ibarət idi, indi isə daha çox RESTful API ilə frontend ilə məlumat mübadiləsi edən bir məntiqə çevrilib. İş RESTfula gəldikdə isə artıq backenddə hansı dildə yazmağın önəmi qalmır, əsas odur yaxşı işləsin. Bir veb saytın backendində həm php, həm c++, həm java, həm python işlədənlər var, hər biri öz təyinatında. Ona görə də, gələcəyi parlaq görünmək baxımından baxdıqda sözsüz ki vebin gələcəyi var, köhnə anlamında desktopun gələcəyi yoxdur. Amma yuxarıda da dediyim kimi, veb də artıq əvvəlki veb deyil və çox şaxələnib, desktopu da öz daxilinə ala biləcək səviyyədədir.