WordPressdə skrill ilə ödəniş qəbul etmək üçün necə hesab açmaq lazımdır?

Salam dostlar. Mən Wordpressdə woocommerce plugini ilə online mağaza açmışam. dropshipping ilə məhsul satmağı fikirləşirəm. Daha çox Amerika və avropa ölkələri üçün nəzərdə tutmuşam. Yəni yerli olmayacaq. Skrill və paypal məsləhət görürlər. Paypalı bilirəm ki adətən Gürcüstüna gedib hesab açırlar. Bəs skrilldə necə etmək olar? Yəqin ki personal yox business account açmaq lazımdır. Dəstəyinizi gözləyirəm.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

E. Hacı (2017-12-13 11:44:26)
Skrill gateway pluginləri var Woo üçün. Məsələn https://wordpress.org/plugins/woocommerce-skrill-moneybookers-gateway/ Yəni texniki hissəsi heç bir şey tələb etmir, install, configure vəssalam. Əsas odur işlək Skrill hesabınız olsun, verify edəsiniz və.s. Bu isə bu sualın mövzusu deyil artıq