Skrilldə necə hesabı verify etmək olar?

Sayta skrill ödəniş sistemini quraşdırmaq istəyirəm. Bunun üçün skrill hesabını necə verify etmək olar?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

E. Hacı (2017-12-13 19:13:02)
Sualınızda bu haqda heç nə yoxdur axı. Sualı yanlış vermisiniz demək ki. Sizin sual tamamilə fərqlidir. Çətinlik nədədir məhz onları yazmalısınız. Hansı sənədləri istəyirlər onların adlarını və.s. yazmaq lazımdır buraya. Ki bilənlər məlumat versinlər oraya nə yazmaq lazımdır.

alvinsayidov (2017-12-13 17:39:43)
Hörmətli E.Hacı cavabınız üçün təşəkkür edirəm. Skrill.com saytına girərək etmək lazım olduğunu hərhalda bilirəm. Cəhd edib çətinlik çəkdiyim üçün soruşuram. 4 ədəd sənəd istəyirlər məndən şirkətlə bağlı. Halbuki məndə fiziki şəxs kimi sadəcə vöen mövcuddur. Yəni bilmək istəyirəm burda hesabı olan hamı bu məsələ ilə qarşılaşıb?

E. Hacı (2017-12-13 14:51:00)
skrill.com saytına girərək etmək olar. lütfən sualı cəhd edib cəhdinizdə problem olduqda ona dair verin. heç bir cəhd etmədən sual vermək sual-cavab formatına uyğun deyil