Youtube video

Hamiya Salam. Gamerem. 3gun əvvəl youtubeye video qoymushdum. Ancaq elebil videoya mennen bashqasi baxmir. videomun adını bire-bir axtarish bolmesine yazdim tapa bilmedim. Deyesen o qədər altdadiki, 3 gün dayanmadan ashaqi elesem videom belke cixa. kömək edtseydiniz sevinerdim. Videomu mence sadece one cixartmaq lazimdi. amma dəqiq bilmirəm.

Verilmiş cavablar və yazılan şərhlər (10 cavab var)

BayBak (2017-12-30 23:27:44)
Salam! Videonu və video kanalı axtarışa necə optimallaşdırmaq haqqında Onu deyim ki, kanalı optimallaşdırmaq bütün videoların sayı və optimallaşdırılmasından asılıdır. Hər bir videonun tapılması da kanalın tanınması, videoların sayı və eyni mövzuda yayımlanmış videoların sayı kimi başqa 10-larla göstəricidən asılıdır. Bu (axtarışa optimallaşdırma) video çəkilişi qədər zaman alan işdir. Qısaca olaraq onu deyim ki, videonun adında axtarış sözləri olmalıdır (keywords) və açıqlamasında (description) o sözlərdən yığılmış yazı olmalıdır ki, axtarış sistemi videoya baxmayacaq, yazıları (açarsözlərini) oxuyacaq. Videonun adı 20-50 simvol arası olsun. Açıqlama 200-1000 söz arası olarsa daha yaxşı. Ən asası isə tag-lar 20 dənə olmalıdır. Taglarda açarsözlərini müxtəlif variantlarda (başqa-başqa dillərdə və hallarda) yazın. Paylaşmalar isə periodik olmalıdır. Mövzudan asılıdır, ancaq idealda həftədə 1 video yaxşıdır. Youtube alqoritmini də hazırlayan çalışıb ki, hər şey gözəl olsun. Misal üçün, mənə xəbər gəlir ki, izlədiyin kanal 1 video paylaşdı. Həftə içində vaxtım olduqda baxıram. Ancaq birdən birə 2 video paylaşılsa heç birinə baxmağa vaxtım olmaya bilər. 1 həftə içində Youtube da həmin videonu önərilmiş videolar arasında tutur. Ən çox izləyici də oradan toplanır. Uğurlar!

nick123123 (2017-12-24 17:23:17)
https://imgur.com/XrZtKi4

nick123123 (2017-12-24 15:38:08)
Salam Maqa. hech ne elemediyim yerde sadece bir iki etiket erttirdim ve ekrana balaca resim elave etdim sora dedi ki sizin dideonuz qaydalari pozdugunuz ucun silindi deyesen butun dunya buna qarshidi)))))

nick123123 (2017-12-24 12:31:40)
ok.coxsagolun

nick123123 (2017-12-24 12:31:09)
Sizden bir shey sorushum. Maqanin cavabinda keywordtool ile coxlu etiketler tapdim. amma onlari control c conrol v edende 1 etiket kimi qebul olunur. ayri ayri etmek ecen de heresini bir bir kopyalamaq lazimdir ki ayri ayri olushsun. Bunu nece edebilerem bashqa yolla?

Akhundoff (2017-12-24 12:27:42)
proqramın adıdır.youtubede turkce axtar bax nece qoşurlar

nick123123 (2017-12-24 12:20:47)
Coxsagolun. Vidiq ne demekdir?

Maqa (2017-12-23 11:39:18)
əlavə olaraq vidiq yükləyin chrome üçün yararlı bir şeydir birdə keywordtool var orda istədiyiniz sözü yazıb axtarış sayını görə bilərsiniz ölkə üzrə

nick123123 (2017-12-22 18:58:59)
coxsagolun dediyinizi edecem. elebele kanalin linkini de atim baxin. her videoya 50000 vuran kanallarda qat qat yaxshidir))) https://www.youtube.com/channel/UCGZHGRr3mczGZUVXZiM4SmA

Akhundoff (2017-12-22 14:37:53)
Salamlar Təbii Hal hazırda o qədər gamer varki,sizin videonuz hələ təzəsizsə axtarış da dediyiniz kimi 3 gün aşağı getsəz taparsız.Ya səbr edin gündəlik müəyyən vaxtlar seçin məsələn saat 12:00,15:00,21:00 bu saatlarda video atın.qrafiklə işləyin.Sosial mediyada aktiv olun Videonuzu paylaşın hesablarınızda.Video paylaşarkən Youtubedə Etiketlərə fikir verin , cox sayda və atdığınız videoya uyğun etiketlər yazın.1-2 ay bu tərzdə işləyin baxın nə göstərir.Youtube belədi ele kanal var ki 150 video atıb 100k baxışı var eləsidə var ki 5 video atıb 1milyon baxışı var.Həmdə kateqoriyanız oyun olduğu üçün çalışın yeni oyunların videosunu çəkin.Və ya Oyunu Axtarın youtubedə hansı oyunda nisbətən az video çıxırsa o oyunu atın.Bu kateqoriya çətindi Amma istəklə və əzmlə çalışsaz alınacaq.Youtube belədi bir də gördünüz partladı) Məsələn mən 3 gün bunnan qabaq video atmışam hal - hazırda Azərbaycanda Trendədir.Bu da Sizə Motivasiya olsun :)

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Bakcell Alov (android uptade eləmək mümkündür?)

Video online

Notbukda Videoya baxarkən Komyuter Sönür.

Film yükləməq imkanı verən video-hosting saytı

Video edit üçün proqram

Youtube-da digər işlətmədiyim istifadəçi adımı silmək