WordPress tema yeniləmə

Salam. Wordpress temama yeniləmə gəlib admin panrldən yeniləsəm?etdiyim dəyişikliklər silinməyəcək məsələn əlavə etdiyim kataqoriyalar.etdiyim tərcümələr?...

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

local (2017-12-28 21:08:28)
Salam Child teamnın quraşdırılması haqqında bu linkdən oxuya bilərsiniz.

E. Hacı (2017-12-25 11:33:23)
translate pluginlə etmisizsə itməz. fikrinizi tam izah edə bilmədiniz son cavabda. yaxşısı olar ki ən zəmanətli olanı edəsiz: cpaneldən full backup alın, sonra nə istəsəz yeniləyin, xoşunuza gəlməsə backup ilə geri qaytararsız saytı

Hackback (2017-12-24 02:56:31)
Deyisikliyi admin panele daxil olaraq etmek isdeyirem. ? Tercumenide translate plugininen edmisem goresen iterse?

E. Hacı (2017-12-23 12:30:22)
Dəyişikliyi harada etmisiniz? 1. Ayarlarda etmisizsə(adminkada xüsusi bölmədə- theme options, settings, customize və.s. bölmələrdə) xeyr heç nə itməyəcək. 2. Theme fayllarını əllə dəyişmisizsə (php, css, js fayllardan birini), bəli itəcək onlar. 3. Tərcüməni harada etmisiniz? Əgər wp-content/languages/themes/theme_adi papkasında etmisinizsə, itməyəcək, yox əgər temanın öz papkasındakı languages papkasında etmisinizsə itəcək. Daha sadə desəm, temanı update edəndə temanın papkası tam sıfırlanır yenisi yazılır, içində nə dəyişmişdinizsə, itir. Kənarda olan hər şey isə qalır. Ayarlar MySQL bazada olur məsələn, dil faylı normalda languages papkasında olmalıdır, theme-in içində yox, deməli o da silinməməlidir. Bu tip məsələlərin ən köklü həlli isə CHILD THEME yaratmaqdır. Child theme məntiqi məhz belə halların qarşısını almaq üçündür. Nə dəyişiklik istəyirsiz orada edirsiz, theme update olanda da heç nə itmir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

wordpress category

WordPress-də problem yaranıb

WordPressde sayt yığıram əlaqə yerində xəritə açmır 

Alış veriş saytı üçün wordpress teması

Wix haqqında məlumatı olan var?

WordPress temasin pulsuz almaq