Payoneer vasitəsilə pul köçürmələri

Salam, sualım Payoneer haqqındadır. Hesaba ödəniş daxil etdikdən sonra həmin məbləğ karta hansı müddətə qədər köçürülür və burada hansı bankların bankomatları mastercard qəbul edirlər? Sualım tam olaraq bununlar bağlıdır və məlumatı olub, ətraflı cavab yazanlara qabaqcadan çox təşəkkür edirəm.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

E. Hacı (2017-12-28 18:09:13)
1. məbləğlər limitlər və.s. bu tip sualları payoneer-in FAQ bölməsindən oxuya bilərsiniz. 2. xeyr kartı öncə aktivlşədirmək lazımdır ki, əməliyyata icazə olsun.

Elon Musk (2017-12-28 16:29:58)
Suala ətraflı cavaba görə minnətdaram çox gözəl izah etdiz. Bununla bağlı digər bir sualım isə pul çıxartmaq üçün minimum kartda nə qədər olmalıdır və aktivləşdirilməmiş payoneer hesabından pul qəbul edib digər aktiv hesaba pul göndərmək mümkündürmü ?

E. Hacı (2017-12-28 14:24:00)
1. "Hesaba ödəniş daxil etdikdən sonra" - payoneerdə hesaba pul daxil etmək olmur. Mütləq başqa bir şirkət və ya fiziki şəxs sizə ödəniş göndərməlidir. Pul 1-4 günə oturur ödəyən tərəfdən asılı olaraq. 2. Bakıdakı bütün bankomatlar mastercard qəbul edir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Forex sayti haqqinda

Türkiyədən sifariş

Aliexpress sifariş

Envato’da vergi

Siqaret göndərmək

Men 4 cu qrupda cerrah olmaq isdeyirem.