Skrill’dən pul çıxartmaq

Salam, bilirəm bu sual dəfələrlə verilib amma onların həm tarixləri köhnədi həm də ki mənim indi verəcəyim sualı tam qane etmir. Çox sadə bir şey soruşum skrill hesabına pul yükləsəm onu payoneer mastercard'ı ilə çıxara bilirəm? Nə məsləhət görürsünüz? Təcilidi, xahiş olunur ətraflı cavab yazasınız.

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

Elon Musk (2018-02-02 00:02:00)
Sullarıma verdiyiniz çox dürüst cavablara görə Sizə çox minnətdaram, çox sağolun. Sonuncu dəfə bu mövzu haqqında işi artıq görmək üçün sual vermək istəyirəm. Global Payment bölməsindən euro hesabı yaratmaq üçün lazımi sənədlər və anket məsələsini həll etdim. Skrill'dən həmin yaratdığım hesaba vəsait göndərmək üçün iki bölümdən - "Bank hesabı əlavə et" yoxsa "kredit yaxud debit kart əlavə et" bölməsini seçməliyəm?

E. Hacı (2018-01-31 17:01:51)
Skrill bəzi hüquqi format dəyişiklikləri etdi deyə son illərdə yalnız euro ilə işləyir. Gələn pul mütləq Euro olə gəlməli, gedən pul da euro ilə getməli. Payoneer karta birbaşa köçürmək olmur, çünki çox yəqin ki payoneer euro kartınız yoxdur, bir də payoneer Visa deyil, MasterCard-dır, Skrill də ancaq Visa-ya köçürür. Beləliklə qalır bir yol, hesabdan hesaba (swift) köçürmə. Yəni kartın özünə yox, kartın bağlı olduğu hesaba (nəticədə eyni şey olur, sadəcə metod fərqlidir). O da payoneerdən global payments bölməsindən euro rekvizitləri əldə edib onu Skrillə daxil etməklə mümkün ola bilər.

E. Hacı (2018-01-31 16:58:04)
İstənilən terminin mənasını google.com-a yazaraq öyrənə bilərsiniz https://www.google.az/search?q=bank+rekvizit

Elon Musk (2018-01-31 02:25:31)
Rekvizit mən bilən kinomatoqrafiya terminidir

Elon Musk (2018-01-31 02:15:18)
Salam, üzrlü sayın bir problem ilə qarşılaşdım və bir fikir məndə qaranlıq qaldı. Həmin dollar hesabına skrilldən pul köçürtmək nə səbəbə mümkün deyildir ki, yalnızca elə avro hesabı mütləqdirmi həm də ki avro hesab aldıqdan sonra bank identifikasiya kodu dəyişəcəkmi və bunun swift'lə və rekvizit ilə nə əlaqəsi var?

Elon Musk (2017-12-29 19:32:54)
Təşəkkürlər

E. Hacı (2017-12-29 17:21:44)
payoneer hesabınızdan euro hesab rekvizitləri əldə edib (ayrı karta gərək yoxdur, sadəcə euro hesab açmaq lazımdır global payment bölməsindən) skrilldə Swift ilə o bank hesabını göstərə bilərsiniz.