Kompüter açıq halda işıq sönməsi ziyandırmı

Masaüstü kompüter teze format olunub. Usb-yə fayl köçürərkən işıq söndü. Kompüterin belə sönülü vəziyyətdə 1 gün qalması ziyandırmı? Intel core i7, Ram 6 gb, windows 8 Pro

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Web Saytlar Yaradılması (2018-01-11 19:08:15)
İşlək halda birdən-birə sönməsi kompyuterin hard-diskində və USB diskdə "bad sector" yarada bilər. Belə sahələr yaddaşı azaldır və diskin işləməməsinə gətirib çıxarır. Olmaya da bilər. Buna görə də kompyuterdə işləri bitirib normal söndürmək lazımdır. USB-də də işi bitirib, söndürüb sonra kompyuterdən çıxarmaq lazımdır. Problem isə hər zaman olmur, ya da gözə görünmür.

Ağa Aliyev (2018-01-05 15:07:17)
Bəli ziyandır. Hard disqi sıradan çıxarır, əməliyyat sisteminin də qarışmasına səbəb olur. Məslətdir ki UPS-dən istifadə edəsiniz.

Emil- (2018-01-03 21:24:48)
Xeyr.Az ehtimall var. Windows sisteme ziyandir amma. Windows sistemi siradan cixa biler.

Semsi-93 (2018-01-03 19:12:49)
Salam ele sönməyin hard diskə ziyanı var.Amma kompu təzədən yandırıb normal şəkildə söndürsəz heç bir mənası yoxdur kompyteri ümumiyyətli normal qaydada söndürməyəndə hard diskdə "bad sector" yaranma ehtimalı var belə olanda isə kompyutere sistem yazılmamasında yaxud fayılların itməsinə səbəb olar bilər.