Online texnologiya market açma necə olur?

salam mən online mağaza açmaq istiyirəm bu necə olur biri mənə izah eləsində mən bunun üçün nələr etməliyəm mən texnoloji avadanlıqlar gətirib online satmaq istiyirəm indi bu necə olur tam dəqiq deyərdizdə sayt necə olur bank kartı necə əlavə olunur qısacası bilən biri daha ətraflı izah eləsində

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Hüseyn Əliyev (2018-01-04 23:52:26)
Belədə normal saytın qiyməti 450 manatdan başlayır. Mən ortaqlıq təklif eləyirəm, uzun vaxtdı üstündə işləyib qurduğum alışveriş saytım var, əgər texnoloji avadanlıqları gətirə biləssənsə, gəl bir yerdə işləyəy. https://www.facebook.com/profile.php?id=100006289833412 Bu fb adresimdi, telefon nömrəmi burda yazmıram.Maraqlandan əlaqə saxla

E. Hacı (2018-01-03 15:06:14)
Salam. Bu sual deyil, bütöv bir biznesin necə olmasını kiminsə öyrətməsini istəyirsiniz sanki. Belə olmur axı. İstəyiniz kifayət qədər ciddidirsə, özünüz maraqlanmalı idiniz çoxdan. - Texnoloji avadanlıqlar gətirmək - google-da axtarmısınızmı harada satırlar ucuz, haradan gətirmək olar? gömrük qaydalarını saytlarından oxumusunuzmu? - Bank kartı necə əlavə olunur - Hara necə əlavə olunur? Bu ciddi işdir, bir suala sığacaq şey deyil. Məsləhət odur ki, ciddi maraqlanasız əgər fikriniz ciddidirsə. Araşdırmadan sonra çıxan sualları verə bilərsiz. Əks halda sual velə bir şeyə bənzəyir: "mən kosmosa uçmaq istəyirəm, raketi hardan tapa bilərəm, yanacağını haradan alacam, ətraflı izah edin də"