WordPress-ə tema yükləyərək travel saytı qurmaq istəyirəm

Salam dostlar. Zəhmət olmasa aşağıdakı tema haqqında fikrinizi bildirərdiniz. Yəni bunu alsam axtarış saytı kimi istifadə edə bilərəm? birdə digər saytların widget-ni əlavə etsəm göstərilən axtarış yerində çıxarmı? Əlavə olaraq bu temanı wordpress-ə necə yükləyəcəyimi və dəyişikliklikləri yazmağınızı xahiş edirəm. Təşəkkür. https://themeforest.net/item/travelo-travel-tour-booking-html5-template/8346649?s_rank=4

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Murad Hamid (2018-01-11 01:23:13)
wordpress de travel qosmasi var wp-travel onu istifade ede bilersen ayrica olaraq temalar bolumunde ucretsiz turizm aid temalar var istifade edib qurmaq mumkundur Eger siz otel ve yaxud dasinmaz emlak kimi funksiyalari da elave etmek isteseniz bunun ucun Essential Real Estate kimi qosma var ondan istifade etmek olar

Tural Samadov (2018-01-06 13:33:49)
Çox sağolun. Təşəkkür edirəm cavabınız üçün.

E. Hacı (2018-01-06 12:31:21)
yox yox qətiyyən. HTML-dən WordPress tema qurmaq üçün PHP və WordPress Codex-i peşəkar səviyyədə bilmək tələb edilir. Hər hansı video dərs ilə , məqalə ilə əsla mümkün deyil. Elə təsəvvür edin ki, html template maşının dəmir skelet hissəsidir, siz də maşın zavodunuz olmadan düşünürsüz ki görəsən dəmir hissəni ucuz alıb içərisindəki motoru filan özüm evdə yarada bilərəmmi - belə bir şey.

Tural Samadov (2018-01-05 16:54:59)
Cavabınız üçün təşəkkür edirəm. Mümkünsə deyərdiniz, bu html-i alsam asanlıqla qura bilərəm? Və bunun üçün dərslik varmı?

E. Hacı (2018-01-05 16:04:41)
Salam. bu tema deyil, html template-dir. WordPress ilə əlaqəsi yoxdur, adi html-dir. WP versiyası budur: https://themeforest.net/item/travelwp-traveltour-booking-wordpress-theme/19029758?s_rank=1 Qaldı soruşduğunuz konkret suallara, təəssüf ki, bunlar sualcavab formatında deyil. Özünüz öyrənməlisiz və ya bilən birinə deməlisiniz sizin üçün etsin. Proses zamanı sual çıxarsa onu soruşa bilərsiz. Yoxsa başdan ayağa filan şeyi necə edirlər soruşmaq olmaz.