ledger wallet gomrukde saxlanilib

salam ledger wallet gətizdirdim 1 ədəd . kömrükdə saxlanılıb qiyməti 58 euro + 53 euroda ups pulu. onu mənə vərməmək ehtimalı varmı? ve vərsələr nə qədər rüsüm odəyəcəm? təqribən nə qədər pulum çıxacaq

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

neo13 (2018-01-31 17:00:32)
Ups problemdi. Onnansa ebaydan yada amazondan alıb CAMEXlə gətizdirmək olardı. Bitcoin adını gərək işlətməyəsən, denən adi flashkartdı vəssalam.

cehun968 (2018-01-13 11:20:14)
adi banka pul odeyəndə 2 manat artıq alır - saxlama pulu 20 qəpikdi günü 1 eurodan alır cəkisi 200 qramdı - manat olan olkədə niye euro ilə hesablanır. 1 ədəd şəxsi istifadə üçün gətirlən mala deklaraçiya + 38% rüsüm qoyulur + yol pulunuda ona daxil edilir.

cehun968 (2018-01-13 11:06:14)
problem odur ki hamısı - eşidibler BİTCOİN vso. Bitcoin nə olduğunu nəyə yaradığını belə bilmirlər. eşitdiyimə görə hərdən adi videkarta 1 ədəd gətrəndədə saxlayırlar. nə deyirlər? bir kəlmə var BİTCOİN BİTCOİN vso. krypto valuta ilə bağlı hər bir şeyi - gətirəndə səni BİTCOİN kimi görürlər

E. Hacı (2018-01-12 22:50:44)
problem nə idi təsvir edin lütfən. nə deyib vermirdilər, rüsumu necə hesablayırdılar, problem nə idi?

cehun968 (2018-01-12 19:22:12)
Qardash men bir qelet edib getirdim sen GETIZDIRME! 6 gun adernalinden sonra ala bidim vAllah hec dusmenime o ezabi arzulamiram - o esebi 1 ledger wallet nano s 500-600-700 azn arasi basha gelecek

cehun968 (2018-01-11 17:37:29)
5 gündü adirnalin yaşayıram nəticəsini yazacam

neo13 (2018-01-09 17:51:41)
Qardas nəticəni bura yazarsan məndə almaq istəyirdim.

E. Hacı (2018-01-08 11:41:08)
- Mal əgər hansısa qanuna zidd maldırsa, bəli, verməyəcəklər. Bu az ehtimallıdır, çünki sizin məhsul qanunsuz kateqoriyasına düşəcək şeyə oxşamır. - Böyük ehtimalla şəxsi təyinatlı deyil deyə (pul qazanmaq məqsədi ilə alınan şey biznes təyinatlı sayılır və rüsuma düşür) 36% rüsum ödəməli olacaqsız. Məhsulun öz qiymətinin (yol pulu aid deyil) 36%i. - 3-cü ehtimal isə odur ki, nəsə şübhəli gəlib məhsul onlara, gedib izahat verib, bankdan çıxarış alıb(ki həqiqətən siz almısız malı özünüz üçün) heç bir ödəniş etmədən götürməlisiz. Böyük ehtimalla ikinci variantdır. Gedib gömrükdə aydınlaşdırın.