Kitchenen.com saytından məhsul zakaz vermişəm 1 aydır ki gəlmir.

09.12.2017 tarixində Kitchenen.com saytından endirimli məhsul zakaz etmişəm 5 ədəd. Saytda yazıldığına görə Böyük Britaniya saytıdır. Uzağı 15 günə çatdırılır saytda yazıldığına görə. Toplam məhsulun qiyməti 120$ oldu və emaildə gəldi. Ama kartdan 1000.80CNY cin yuanı çıxdı.oda 257 Azn edir.və məhsul hələ də gəlib çıxmayıb. İzləmək üçün bar kodda verilmeyib. Sadəcə əməliyyat sifariş İD verilib emaildə.İD:20171209-19218.hara şikayət edim? Emailde yazıram sayta cvb vermirlər.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Pervin A-ova (2018-01-21 01:08:44)
Cox sag olun bele etrafli izah elediz.ama ele siz deyen gunden banka elaqe saxlamiwdiq.meseleyi hell etdiler .dunende pul karta qayitdi hec bir rusumda tutulmadi.Allah sizdende razi olsun

neo13 (2018-01-17 18:59:18)
xidmət haqqını həmin dəqiqə almalı idilər. yaxşı olar banka gedmədən həmin bankın müştəri xidmətinə zəng edib chargeback yəni pulun geri qaytarılması barədə ətraflı məlumat alasız. çünki pulu bank yox visa/mastercart qaytarır. müştərisi olduğunuz bank visa/mastercarta müştərisinin adından müraciət edir və onlarda məsələyə baxıb pulun qaytarılıb qaytarılmaması barədə son qərarı verir. ona görə məncədə tam əmin edə bilməzlər. zəhmət olmasa bankın qısa nömrələrinə yada yaxşı olar sosial şəbəkələrdən yada saytından əlaqə saxlayıb deyin mən ödənişlərə dair əsassız etiraz etmək yəni pulu geri qaytarmaq istəyirəm. başqa sözlə chargeback deyin. bunu görə xidmət haqqı tutulurmu deyin. çünki hər bankın daxili qaydaları fərqlidir. məsələn bank respublika və kapital bankda dediyim çürdür saytından baxabilərsiz. bu linkdə tariflər bölümünü seçin 8 ci sırada xidmət haqqı 10 azn: https://kapitalbank.az/cards/visa-electron və bu linkdə Ödənişlərə əsassız etiraza dair xidmətə görə komisyon haqqı: 15 azn: https://bankrespublika.az/content/az/133 yazılıb. kapitalda 10 azndir bank respublikada 15 azn xidmət haqqı.

Pervin A-ova (2018-01-17 17:37:52)
Salam . təşəkkürlər getdim banka şikayət ərizəsini yazdım karta 40 günlük blok qoydular . dedilər araşdırılacaq. ama tam əmin etmədilər ki pul qaytarılacaq . Bir də ki bununçün rüsum haqqını nə vaxt alırlar?

neo13 (2018-01-13 11:45:14)
Siz sağolun. Başa düşən savadlı bank işçisi varsa qısaca chargeback etmək istəyirəm deyin.

Pervin A-ova (2018-01-10 20:33:27)
Cox sag olun yoxlayacam

neo13 (2018-01-10 08:27:24)
Gedirsiz pulu vuruğunuz bankın ofisinə. Kartımdan aldadıb pul çıxıblar ancaq məhsul göndərilməyib. Pulumu geri qaytarmaq istəyirəm deyirsiz. 10 yada 15 azn bank sizdən xidmət haqqı alır və pulunuzu birnecə həftə ərzində karta qaytarır.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Tibb Kolleci Haqqqında

Online telefon sifarişi üçün hansı sayt daha güvenlidir?

Qaradağa getməliyəm.

WordPress’i yaxşı bilənlərə SƏSLƏNİRƏM!

Aliexpressdən Alışveriş

Adsense-də ünvanın düzgün yazılışı