Amazon.de’ Azərbaycana çatdırılma var mı?

Salam. Bir biri ilə əlaqəli bir neçə sualım olacaq. Amazon.de saytından məhsul sifariş etmək istəyirəm. Göndərilən ölkələr arasında Azərbaycanın adı var, ünvan, poçt kodunu yazdıqda shipping məbləği belə çıxır. Satıcıdan soruşdum, deyir Azərbaycana göndərə bilmirik. "Bəs ünvanı yazdıqda shipping məbləği çıxır" dedim, məndən dəqiqləşdirmək üçün zaman istədi: - Amazon.de'dən sifariş edən olub? Azərbaycana birbaşa çatdırılma mümkündür mü? Belə bir şey də eşitmişəm ki, shipping address'lə billing address fərqli olanda sifariş göndərilmir. - Ümumiyyətlə nədir bu billing address? - Shipping address'lə billing address'in fərqi nədir? - Əgər Azərbaycana göndərilmə mümkün olmasa, hansı sərfəli və etibarlı kargo şirkətlərini məsləhət görərdiniz? Təşəkkür edirəm.

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

Nasibova (2018-01-10 16:07:45)
Çox sağ olun.

neo13 (2018-01-10 16:05:04)
Belə olan halda göndərmə varsa yollayın. Özünüzündə dediyini kimi belə daha sərfəlidi. Sifariş etməkdən qoxmayın. Çünki satıcı göndərməsə belə amazona şikayət edib pulu asanlıqla geri almaq olur.

Nasibova (2018-01-10 08:58:07)
Yanlışlıq oldu. Məhsulun öz qiyməti 9.91 euro'du. Amazon.de Azərbaycana birbaşa göndərilmə 5.98 euro qeyd edib. Əslində göndərə bilsə, belə daha sərfəli çıxır. Çünki, Camexlə 10.78 USD + 3.99 euro (Almaniyadaxili shipping) qiymət alınır ki, mən də əlavə xərc etmək istəmirəm düzü.

Nasibova (2018-01-10 08:35:49)
Çox sağ olun. Baha deyəndə 7.99 euro çıxır :| Malın öz qiyməti 9.91 eurodu. Baha sayılır?)

neo13 (2018-01-10 08:20:40)
Bəzi şeylər varki çatdırılır azərbaycana. Ama mində bir məhsul. Əsasən telefonlar olur bunlar. Shipping cost göndərmə kargo puludu. Çıxırsa deməli göndərilir. Yenədə amazonda 80% məhsulun azərbaycana çatdırılması yoxdur. Olanlarında göndərmə kargo xərci çox bahadı. Problemsiz başınız ağrımasını isdəmirsinizsə camex.azla göndərin.

Nasibova (2018-01-09 22:45:13)
Bəs nə üçün shipping cost çıxır; o, qaranlıq qaldı düzü. Cavablandırdığınıza görə çox sağ olun.

E. Hacı (2018-01-09 22:30:09)
Amazon.de’ Azərbaycana çatdırılma var mı? Xeyr,göndərmir. Billing address Ödəyən şəxsin ünvanı Shipping address Göndəriləcək adres Camex ilə sifariş edə bilərsiz. Camex.az

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Online alış verişdə vergi tutulacaq?

Rusiyada paypal

Odnoklassnikdə və VK-də pul qazanmaq

Xaricden pul göndərmək üçün

Regionşünaslıqı bitiren ne işleyir?

aliexpressde ödənişi maaş kartımla etsəm kartdan əlavə pul tutulacaq?