Bakıda güclü komputeri olan internet klublar?

Salam. Əlimdə 3D animasiya işi var. Bu işi rahatlıqla görə biləcəyim hansısa premium internet klublar varmı Bakıda? Minnətdar olaram məsləhətləriniz üçün.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Emilyano (2018-01-24 01:44:45)
O hemen Cyberdi) kocub men dediyim yere.

Bextiyar Azeroglu (2018-01-16 00:02:01)
cyber arenanın biri də 28də konservatoriyanın arxasında var. gamerlər orda yığışırdı əvvəllər.

Emilyano (2018-01-13 23:59:16)
Menim bildiyim Cyber club var. Guclu gamerler orda oynayir. Malakan baginin yaninda. vapiano sirasinda. heyete girende. 30metrde iceride.

Hüseyn Əliyev (2018-01-13 18:38:13)
İnanmıramki kimsə internet klub üçün elə kompyuterlər yığdırsın.Lap olsa belə internet klublarda güvənlik səbəbiylə çox şeyə məhdudiyyət qoyulur.Ora animasiya proqramı kimi istədiyiviz proqramları yükləyib hər istədiyivizi eləməyə icazə verilməyəcək.

DoNCoDeR (2018-01-12 20:00:05)
təxminən necə bir kompyuter lazımdır ram cpu