Online Vergi Hesabatı düzgündürmü?

Salam. Mən online vergi hesabatı verdim. Amma birinci dəfədir,birbaşa risq etdim. Çünki bu barədə hər hansı bir anlayışım olmadığından, düz olub olmaması şübhəlidir mənim üçün. Mən Adsensden pulu almaq üçün VÖENi dekabr ayında açdım. Və Vöen hesabı ilə dekabrda iki dəfə pul çıxartdım.Cəmi 2100 azn. Vergi bəyannəməsindən 4 rüb, 2017 ili seçdim. telefon nömrələrini əlavə etdim. Və cari hiddeni seçdim. Oktyabr, noyabr aylarına 0, dekabr ayına isı 2100 azn yazdım. Cəmi də qeyd edəndən sonra avto hesablayıb verecəyim vergi hesabını yəni 42 azn göstərdi. Mən 46 keçirmişəm. Muzdla olan bölmədə isə hamısını 0 yazıb göndərdim. Amma başqa heç nə etmədim. Mən düz etmişəmmi,? başqa nəsə etməli deyildim ki?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Ehliwie (2018-01-10 00:11:25)
Təşəkkür.Gedərəm vergi idarəsinə

E. Hacı (2018-01-09 23:06:21)
Salam. İlin sonu olduğuna görə ƏLAVƏ 1 adlanan bölmə də doldurulmalı idi. Vergi VHF inboksunuzu yoxlayın, 1-2 günə yəqin ki səhv haqda mesaj gələcək və ayın 20-dək düzəldilmiş variantı göndərməyinizi istəyəklər. Bu əlavə 1 məsələsi yalnız 4cü rüb üçündür, qalan rüblər üçün sizin yazdıqlarınız düzgündür, bəli. 2100-ün 2%-ni ödəmisiz, yəqin ki Bakıda fəaliyyət göstərmirsiz deyə. Bakıda fəaliyyət göstərirsinizsə, harada qeydiyyatda olmağınızdan asılı olmayaraq 4% vermək lazımdır. Məsləhət görərdim ki, vergi idarələrindən birinə gedib kömək istəyəsiz birinci dəfə üçün. Sonrakıları artıq özünüz rahat edəcəksiz.