WordPress developer

hərkəsə salam mənim Wordpress development dərs verə biləcək mütəxəssisə ehtiyacım var ancaq Wordpress developer mövzusunda bu onlayn dərslər də ola bilər bildiyiniz kurslar varmı php bilgisi 30-40% ancaq dərs türk dilində olsa daha yaxşı olar (onlayn kursları nəzərdə tuturam) xarici dil biliyi mükəmməl deyil yəni anlatılanları tam mənimsəməyə imkan vermir

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Vasifos (2018-03-15 17:59:27)
Udemy dən 15 dollar 22 saatlıq video ilə Wordpressi tam şəkildə öyrədən kurslar var. Həmdə Türk dilində.

Murad Hamid (2018-01-11 13:42:04)
dəyərli məsləhətiniz üçün təşəkkür edirəm şox sağ olun ancaq belədir ki məndə ingilis dili var yəni danışıq səviyyəsi var bir neçə il davamlı olaraq ingilis dili danışıqdan istifadə olunub hal-hazırda da elədir mənim üçün bəzi mövzular var ki onları daha mükəmməl qavramaq üçün kursa ehtiyac vardır yəni elə mövzular var ki mənim fikrimcə onları ancaq üzbəüz söhbət əsnasında və yaxud da sənin dilində anlatılan olsa daha yaxşı olar ancaq yenə də sizə təşıkkür edirəm çox sağ olun

E. Hacı (2018-01-11 12:09:01)
Gecikmədən və vaxt itirmədən xarici dil öyrənin. WordPress bir az gözləyə bilər. IT sahəsində bilgini original mənbədən öyrənmək lazımdır. Tutaq ki, indi bir kitab tapdınız və beginner səviyyədə öyrəndiniz? Bəs sonra? Hər dəfə problem çıxanda hansı dildə axtarış edəcəksiniz? Effektiv məzmunun 90%-ndən çoxu ingiliscədir. Yerinizdə olsam belə bir şey edərdim: 1. Yerli kitab mağazalarının birindən PHP dərsliyi tapıb(qalın kitablar olur sıfırdan öyrədir, Türkiyə türkcəsində) almaq. Onunla hazırlaşmaq. Və yaxud Türkiyədən sifariş etmək (camex ilə filanla). Və yaxud da onlayn mənbə tapmaq. Mən 2005-ci ildə digər bir dildən PHP-yə keçməyə qərar verəndə ilk dərsliyim sadə bir türkcə dərslik olmuşdu, indiyədək yadımdadır. Çox kömək olmuşdu. Amma bu sadəcə başlanğıc üçün idi. Sonrası artıq dil məsələsinə dayanır. 2. Paralel olaraq daha çox güc verib ingiliscə öyrənmək. Kurs ilə, onlayn, alt yazılı videoya baxaraq və.s. - yollar çoxdur. Yenə deyirəm, ingilis dilini öyrənməsəz bu iş olmayacaq. Ən yaxşı halda yeni başlayan səviyyədə ilişib qalacaqsız, yüngülvari saytlar düzəldə biləcəksiz. Dərinə getmək üçün xüsusi hallarda problem həll edən, əngəl aşan çoxlu bilgi lazımdır, o bilgi də yalnız ingiliscədir. Advanced ingiliscə də lazım deyil, heç olmasa rastladığınız kod problemini həll etməyə və stackoverflow-da yazılan cavabları anlayacaq səviyyə olsa bəs edər.