debet kart nədir?

Salam mənim 16 yaşım var mən debet kart ala bilərəm bu kartlar haqqında araşdırdım qarşıma ətraflı məlumat çıxmadı çıxanların oxudum heçnə anlamadım debet kart nə olan şeydi? bilən varsa izah elədlsində almaq sərfəlidi yoxsa 18 yaşın dolmasını gözdüyüm? Normal kart alım


Yadda saxlama
Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (10 cavab var)

(15:42, 12/01/2018 ) #70704

Debet kartı adi plastik kartdı. Onu kredit kartından ayıran odur ki plastik karta pul vurduqda vurduğun məbləğ qədər xərcliyəbilirsən. Karta vurduğun puldan artıq xərcliyəbilmirsən. Ancaq kredit kartında əksinə olur. Sənə bənk tərəfindən limit ayrılır və kartin içində pul olmasa belə xərcləmək olur. Təbiiki daha sonra bu pulu bank faiziylə birlikdə səndən alır. Bundan əlavə məsələn visa elektron debit kartıdır. Bu karta kredit xətti açılması mümkün deyil. Ancaq visa classic və daha yüksək tipli kartlar həm debet həmdə kredit xətti rejimində işlətmək olur. O kartda Kredit xəttini açmaq ücünsə banka müraciət etmək lazımdır.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (22:01, 12/01/2018 ) #70717

    Cavaba görə çox sağol indi başa düşdüm ən sərfəlisi debet kartıdır

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (11:53, 13/01/2018 ) #70725

    Acces Bank visa classic debet nece secimdir ? .USD hesabi yoxsa AZN .Hansinin musbet menfi terefleri var ?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (16:46, 13/01/2018 ) #70736

      Accessbank bank haqqında məlumat onlayn Müştəri xidmətləri var yazırsız tez cavab verirlər sualınıza məndə ordan daha ətraflı məlumat aldım sizədə məsləhət görürəm

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (17:16, 13/01/2018 ) #70737

    bu suali verende deyirler oz seciminiz di

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(19:32, 13/01/2018 ) #70742

Salam. Mən sizə Express banka aid expresso debet kartını məsləhət görürəm. Kartın növü MasterCard-dır və istifadə müddəti 4 il. Qiyməti isə 5AZN, valyuta növü də manatdır. Kartda SMS Banking və 3D Secure xidmətləri də pulsuzdur. Banka aid ExspressPay terminalı ilə kartın balansına pul əlavə etmək mümkündür banka getmədən. Və həmçinin Express banka aid bankomatlardan kartın balansındakı pulu çıxarmaq da mümkündür və bunun üçün kartdan əlavə pul da tutulmur. Saytda şəxsi kabinet də var ordan da kart balansı və digər şeylər haqqında da öyrənmək our. Kartın başqa üstünlüyü də var, istənilən məkanda kart ilə pos-terminal vasitəsilə ödəniş edərkən ödənilən pulun 0,3%-i yenidən kartın balansına qayıdır amma bankın tərəfdaşlarına aid ödəniş edərkən isə pulun 20%-ə qədəri kartın blansına geri qayıdır. (cashback)
Bəzi tərəfdaşlar var ki, online ödənişlər zamanı da pul karta geri qayıdır ödəniş zamanı.
Kartı bankın saytından online da sifariş vermək mümkündür.
Endirimlər üçün tərəfdaşların ExspressClub siyahısı ilə bu linkdən tanış ola bilərsiz:

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (19:53, 13/01/2018 ) #70746

    https://www.expressbank.az/individual/expressclub.html

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (14:36, 16/01/2018 ) #70807

    Salam bu kartdan hansında saytdan alış-veriş etmək mümkündür? Məsələn aliexpress

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (15:48, 11/11/2018 ) #73254

      Salam. Bütün shopping saytlarında həmçinin də aliexpress saytında da online ödəniş edə bilərsiniz, yəni ki bu kartla alış-veriş etmək mümkündür.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(19:34, 13/01/2018 ) #70743

exspresso kartını kredit kartı kimi də sifariş vermək mümkündür.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cənab cavab verdi - Azərbaycandakı supermarket kassalarında işlədilən proqram (13 saat əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (1 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (2 gün əvvəl)

Cənab cavab verdi - kurs diplomu ilə işləyə bilərəm? (3 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (8 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Atestat almaq üçün ne etmeliyem? (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (9 gün əvvəl)

Software Developer cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (15 gün əvvəl)

Erol34 cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (15 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23295 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024