debet kart nədir?

Salam mənim 16 yaşım var mən debet kart ala bilərəm bu kartlar haqqında araşdırdım qarşıma ətraflı məlumat çıxmadı çıxanların oxudum heçnə anlamadım debet kart nə olan şeydi? bilən varsa izah elədlsində almaq sərfəlidi yoxsa 18 yaşın dolmasını gözdüyüm? Normal kart alım

Verilmiş cavablar və yazılan şərhlər (10 cavab var)

Galaxy (2018-11-11 15:48:08)
Salam. Bütün shopping saytlarında həmçinin də aliexpress saytında da online ödəniş edə bilərsiniz, yəni ki bu kartla alış-veriş etmək mümkündür.

Omer_m_li (2018-01-16 14:36:23)
Salam bu kartdan hansında saytdan alış-veriş etmək mümkündür? Məsələn aliexpress

Galaxy (2018-01-13 19:53:55)
https://www.expressbank.az/individual/expressclub.html

Galaxy (2018-01-13 19:34:45)
exspresso kartını kredit kartı kimi də sifariş vermək mümkündür.

Galaxy (2018-01-13 19:32:25)
Salam. Mən sizə Express banka aid expresso debet kartını məsləhət görürəm. Kartın növü MasterCard-dır və istifadə müddəti 4 il. Qiyməti isə 5AZN, valyuta növü də manatdır. Kartda SMS Banking və 3D Secure xidmətləri də pulsuzdur. Banka aid ExspressPay terminalı ilə kartın balansına pul əlavə etmək mümkündür banka getmədən. Və həmçinin Express banka aid bankomatlardan kartın balansındakı pulu çıxarmaq da mümkündür və bunun üçün kartdan əlavə pul da tutulmur. Saytda şəxsi kabinet də var ordan da kart balansı və digər şeylər haqqında da öyrənmək our. Kartın başqa üstünlüyü də var, istənilən məkanda kart ilə pos-terminal vasitəsilə ödəniş edərkən ödənilən pulun 0,3%-i yenidən kartın balansına qayıdır amma bankın tərəfdaşlarına aid ödəniş edərkən isə pulun 20%-ə qədəri kartın blansına geri qayıdır. (cashback) Bəzi tərəfdaşlar var ki, online ödənişlər zamanı da pul karta geri qayıdır ödəniş zamanı. Kartı bankın saytından online da sifariş vermək mümkündür. Endirimlər üçün tərəfdaşların ExspressClub siyahısı ilə bu linkdən tanış ola bilərsiz:

ezizov711 (2018-01-13 17:16:19)
bu suali verende deyirler oz seciminiz di

Omer_m_li (2018-01-13 16:46:04)
Accessbank bank haqqında məlumat onlayn Müştəri xidmətləri var yazırsız tez cavab verirlər sualınıza məndə ordan daha ətraflı məlumat aldım sizədə məsləhət görürəm

ezizov711 (2018-01-13 11:53:25)
Acces Bank visa classic debet nece secimdir ? .USD hesabi yoxsa AZN .Hansinin musbet menfi terefleri var ?

Omer_m_li (2018-01-12 22:01:28)
Cavaba görə çox sağol indi başa düşdüm ən sərfəlisi debet kartıdır

neo13 (2018-01-12 15:42:31)
Debet kartı adi plastik kartdı. Onu kredit kartından ayıran odur ki plastik karta pul vurduqda vurduğun məbləğ qədər xərcliyəbilirsən. Karta vurduğun puldan artıq xərcliyəbilmirsən. Ancaq kredit kartında əksinə olur. Sənə bənk tərəfindən limit ayrılır və kartin içində pul olmasa belə xərcləmək olur. Təbiiki daha sonra bu pulu bank faiziylə birlikdə səndən alır. Bundan əlavə məsələn visa elektron debit kartıdır. Bu karta kredit xətti açılması mümkün deyil. Ancaq visa classic və daha yüksək tipli kartlar həm debet həmdə kredit xətti rejimində işlətmək olur. O kartda Kredit xəttini açmaq ücünsə banka müraciət etmək lazımdır.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Alibabada bank kartıyla ödənişi yekunlaşdırmaq.

YapıKredi debet kart itibsə

plastik kart

Albalı debet kartı Adsense qoşmaq

Debet kartı haqqında

Payonner Kartın Bütün Vergiləri