Telefonları niyə Azərbaycan əvəzinə Türkiyə gömrüyü saxlayıb?

Salam dostlar mən 5 gün baqaq 3 ədəd telefon almışam satıcının səhvi nəticəsində 8 ədəd telefon və 1 laptop göndərilib.Satıcı ilə danışdım dediki gömrüyü mən həll edəcəm (Azərbaycan gömrüyünü) ancaq bu gün Türkiyə gömrüyü saxlayıb və Gömrük vergisi tələb edir mənə maraqlıdırki nə üçün Azərbaycan yox Türkiyə gömrüyü saxlayıb buna hüququ çatırmı? Bağlamanın göndərilməsi üçün mən nə edə bilərəm? Xahiş edirəm kömək edin

Verilmiş cavablar və yazılan şərhlər (11 cavab var)

E. Hacı (2018-01-16 14:57:31)
Bütün əlamətlər fırıldaq şübhəsi yaradır bəli. Yəqin hər müştəri ilə sınayır bu metodu. Kim aldanırsa verir.

E. Hacı (2018-01-16 14:53:50)
Aha aydındır. Əgər fərdi satıcıdırsa, şəxsən mənə görə 70% fırıldaqçıdır. Kompüter olması, səhv paket filan da yəqin ki bütün alıcılarına danışdığı nağıldır. Təbii ki, əksi də ola bilər. Fikrimcə siz bir saniyə itirmədən paypal-da case yaradıb pulu geri alın. Sizdən western union ilə pulu alıb aradan çıxmaq istəyir ola bilsin.

Məmmədov Toğrul (2018-01-16 14:52:36)
Elvin bəy elə fikirləşdiyim kimi oldu satıcı özü bilərəkdən bağlamanı Türkiyədə saxladıb pulu almamış göndırmək istəmirdi güc bəla bün razılaşdıq yola salacaq İn Transit yazır indi.Mən pul göndərmədim guyaki Türk gömrüyə vergi verib.Çekin şəklini istəyəcəm PayPal case açdım dünən iki saat ərzində ləğv edib çünki o satıcı başqa birinnən nəysə alırmış mənədə deyib ki guya pulu bu adama göndər guya muhasibata gedir O bağlama yerinə çatdığına görədə dispute ləğv edildi

Məmmədov Toğrul (2018-01-16 01:06:54)
Elvin bəy adam topdan satışla məşguldu nömrəsini Türk forumnan tapmışam və pulu PayPal send money ilə göndərmişəm.İndi pulun geri qalan hissəsini istəyir və Paypalsız Westeen Unionla deyir ki gömrüyə ödəyəcəm.Men Paypalsiz odeme elemek istemirem ve heleki mallar orda qalib və ağlımda bir neçə sual yaranir 1 Satıcı özü bilərəkdən Türk gömgükdə malı saxlada bilərmi? ki pul alıb sonra buraxsın 2 Azərbaycan gömrüyü ilə əlaqə saxlayıb bağlamanın bura gətirilməsini təmin edə bilərəmmi?

E. Hacı (2018-01-16 00:21:49)
Yox Azərbaycanla əlaqəsi yoxdur. Orada növbə ola bilər. Olur belə. 3-4 gün ilişib qala bilir bir yerdə. Free shipping olanda hətta 10-15 gün qala bilir. Hər bir halda bu sizin problem deyil. Hansı saytdan almısız demediniz

Məmmədov Toğrul (2018-01-15 18:36:05)
Elvin bəy cavab üçün yenədə təşəkkür edirəm.Bunu sizin birinci cavabdan sonra başa düşdüm Türkiyədə vergi ödəməli olmadıgımızıda bilirəm məncə satıcı qorxur ki malı alıb pulunu vermərik.Öz günahını mənə atmaq istəyir.Ancaq alınmaz.Birdə bu təyyarədən təyyarə keçmək niyə belə uzana bilər? Azərbaycan görüyünün sıxliğı ilə əlaqədar ola bilərmi?

E. Hacı (2018-01-15 16:47:23)
elə bir şey yoxdur. Türkiyə ərazisinə girməyən mal Türkiyədə gömrüyə cəlb edilmir. Sizin durumda mal Türkiyəyə getmir, sadəcə hava limanında bir təyyarədən digərinə keçirilir bir neçə gün ərzində. Hansı saytdan almısız malı? Mal sizə çatmayınca məsuliyyət satıcıdadır, siz pulunuzu geri alın, qalan bütün şeylər satıcının dərdidir, sizin yox.

Məmmədov Toğrul (2018-01-14 18:29:11)
Elvin bəy təxmini bilirdim ki göndərilecək amma Amerikalını başa sala bilmədim dirəşib ki mən Türkiyədə 890$ vergi ödəyəcəm.Əgər o Türkiyədə ödəsə yenidən birdə Azərbaycanda vergi ödəməliyik? Birdə mən sualımı səhifədə görə bilmirəm məcbur son suallar bölümünə girirəm

E. Hacı (2018-01-14 16:04:28)
On hold saxlamaq demək deyil. Yəni proses gedir, öz vaxtını gözləyir və s. Ordan Bakıya yola salinanadek on hold qala bilər, narahat olmayın

Məmmədov Toğrul (2018-01-14 00:14:12)
Salam Elvin bəy cavab üçün təşəkkür edirəm ativdə yacılıbki Custom Clearance və detailsdə yazılıb ki İn hold.Mən kimə müraciət edı bilırımki göndərsinlər Azərbaycan gömrüyündə vergini ödəyək heş olmasa vergidə Azərbaycana qalsın Şəkil

E. Hacı (2018-01-13 22:48:43)
Türkiyə gömrüyü saxlaması haqqında hansısa sübut varmı ? Sizde bu məlumat hardandır?

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Malı aldığdan sonra shipping işarəsi aktiv edilməyib

Azeripoçtda alınan gömrük rüsümu

Kartla odenis etmek

Son 1 həftədə bağlama qəbul eliyən olub ?

Ebay çox təcili sual az vaxt var

Pnevmatik tabanca