Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Saytdan pul qazanmaq və vergi

Salamlar. Çoxdandır bir sayt işlədirəm indi ödəniş sistemi açıb pul qazanmaq qərarına gəlmişəm. Vergilərlə bağlı bir neçə sualım var:

1. Saytı əsas vəsait kimi qeydiyyatdan keçirməliyəmmi? Əgər elədisə necə?
2. Saytı idarə etmək üçün işlətdiyim şəxsi komputerimi də qeydiyyatdan keçirməliyəmmi? Elədisə necə?
3. Aylıq DSMF-yə 23 manat ödəniş etməliyəmmi?
4. Sayt qazancda olmasa belə vergi verməliyəmmi?
5. Hal-hazırda tələbəyəm və təqaüd alıram. Vergilər təqaüddən avtomatik olaraq tutula bilərmi?
6. Master təhsili almaq üçün xaricə gedəcəm böyük ehtimalla.Adıma VÖEN olması xaricə gedib təhsil almağıma problem törədə bilərmi?
7. İşdir alınmasa saytı baölamaq istəsəm VÖEN=i bağlatdırmaq mümkündürmü? Əgər ölkədə olmasam bu yenə də mümkündürmü?

İndidən təşəkkürlər


Kateqoriya: Sual . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

(20:51, 21/01/2018 ) #70892

Əgər fiziki şəxs kimi qeydiyyatdan keçirsinizsə bu qədər xırda detallara gərək olmur.
Siz deyən şeylər MMC üçün lazım ola bilir.

1. Özünüz qeydiyyatdan keçirsiz və qazanca uyğun vergi ödəyirsiz. Sayt sadəcə pul qazanmaq vasitəsidir sizdə. Təbii ki, əgər saytınız xüsusi icazə tələb edən fəaliyyət növünə aid deyilsə.
2. Gərək yoxdur, mən onlarla şəxs tanıyıram 10 ildir vergi ödəyicisidirlər fiziki şəxs kimi, amma belə şey etməyiblər. Yenə də bilən bir mühasib ilə məsləhətləşmənizdə fayda var. Tək bu punkt yox, bütün suallarınız üzrə.
3. Hər halda.
4. Xeyr. 3 ayda bir hesabat verirsiz, nə qədər pul gəlibsə sizin hesaba, onu bəyan edirsiz, orda avtomatik hesablayır 4% borc yazır, ödəyirsiz vəssalam. Sadəcə nəzərə almaq lazımdır ki, sadələşmiş vergi növündə gəlirdən yox, gələn puldan vergi verilir. Yəni sizin iş məqsədilə nə xərclədiyiniz nəzərə alınmır.
5. Xeyr. Özünüz ödəməlisiniz.
6. Xeyr, heç bir əlaqəsi yoxdur. VÖEN-i müvəqqəti dondura da bilərsiz əgər xaricdə olanda bu işlə məşğul olmayacaqsınızsa.
7. Əlbəttə. Həm də online.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(21:24, 21/01/2018 ) #70895

Çox təşəkkürlər

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Maqa cavab verdi - Herbi xidmet miyop-astigmat (2 saat əvvəl)

nokia610 cavab verdi - Aliexpress və Azerpoçt izləmə (16 saat əvvəl)

H.Orxan cavab verdi - Vestern union (22 saat əvvəl)

NONANE cavab verdi - Ingilis dili asandir yoxsa Rus? (1 gün əvvəl)

E. Hacı cavab verdi - Kargo şirkəti qurmaq (1 gün əvvəl)

Ceyhun Suleymanov cavab verdi - Ingilis dili asandir yoxsa Rus? (1 gün əvvəl)

NONANE cavab verdi - Ingilis dili asandir yoxsa Rus? (1 gün əvvəl)

E. Hacı cavab verdi - Vestern union (1 gün əvvəl)

H.Orxan cavab verdi - Vestern union (1 gün əvvəl)

H.Orxan cavab verdi - Vestern union (1 gün əvvəl)

Ceyhun Suleymanov cavab verdi - Ingilis dili asandir yoxsa Rus? (1 gün əvvəl)

Ceyhun Suleymanov cavab verdi - Ingilis dili asandir yoxsa Rus? (1 gün əvvəl)

NONANE cavab verdi - Ingilis dili asandir yoxsa Rus? (1 gün əvvəl)

Ceyhun Suleymanov cavab verdi - Ingilis dili asandir yoxsa Rus? (1 gün əvvəl)

NONANE cavab verdi - Ingilis dili asandir yoxsa Rus? (1 gün əvvəl)

Software Developer - 607 xal

E. Hacı - 600 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 423 xal

Ruslan Butdayev - 328 xal

Maqa - 314 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 21381 sualdan 93%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2019