Web developer olmaq?

Salam Php ni oyrenmey isdeyirem və heç bir proqramlasdirma dili bilmirəm sizce birbasa php oyrensem yaxşıdır yoxsa html css ? Birde css dizayn ucundur? Php bilerek hər cur sayt yiqmaq mumkunmudur?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

KONSUL (2018-01-23 11:46:40)
Salam. Gelin developer nedir ona aydınlıq getirek. Developer komputer və ya komputer törəməsi cihazlar üçün uyqulamalar və proqramlar inkişaf etdirən, bu proqramların işini təmin edən və qaynaq kodunu meydana gətirən adamdır. Developerler inkişafini fərqli sahelerde tekmilleşdire bilerler. Bular aşağidakilardir: -Software Developer. -Web Developer . -Mobile Developer. -Front-end Developer və ya Back-End Developer. Web developer olmaq isteyiniz varsa gelin daha etraflı aydınlıq getirek. Ardıcıllığın bu şekilde olmalıdır: 1.Informasiya ve Komputer haqqında ilkin anlayışlar edinmelisen. Bey ve xanimlarimizdan bununla razi olmayanlar ola biler. Amma xatirladim ki, yarımçıq papaqçıdansa, kamil palançı olmaq daha yaxşıdır. 2.Ilkin anlayışlardan sonra HTML5 öyren. Web sayt yaratmağı ev tikmek kimi düşün, bilirik ki, evi tikende himni möhkem olmalıdır. HTML5 de web saytın temel daşlarıdır. Başqa bir sözle HTML (Hypertext Markup Language) internetdə bütün gördüyünüz web saytların təməl daşlarıdır. Öyrənməyə başlamaq üçün bu ünvanı istifadə edə bilərsiniz. 3.CSS3 öyren. Web saytımızın necə görünəcəyini təyin etmek üçün CSS (Cascading Style Sheets) öyrənməmiz lazımdır. Bu dil ilə HTML elementlərinin görünüşlərini və beləcə bütün saytın nece gorüneceyini dizayn etmek olar.Öyrənməyə başlamaq üçün bu ünvanı istifadə edə bilərsiniz. 4.HTML5 ve CSS3-e tam hakim olandan sonra saytlar hazirla. Daha sonra 5.JavaScript öyrenmen lazım olacaq.Öyrənməyə başlamaq üçün bu ünvanı istifadə edə bilərsiniz. 6.Jquery öyren. Öyrənməyə başlamaq üçün bu ünvanı istifadə edə bilərsiniz. Buraya qeder gelmisense ve tekrar-tekrar kod yazmisansa artiq statik web sehifeleri hazirlamagi tam oyrenmiw olacaqsan.Sonraki addim dinamik sehefeleri hazirlamaq üçün 7.PHP öyrenmelisen.PHP ile irelileyerken MySQL oyreneceksen. Öyrənməyə başlamaq üçün bu ünvanı istifadə edə bilərsiniz. Ve son olaraq deyek ki, PHP ni oyrendin bundan sonrakı əməliyyat bu dil ilə yazılmış bir web framework seçmək və bu mövzuda da ola bildiyincə çox şey öyrənməkdir. Ve son olaraq bu yazdiqlarimdan qorxmuyun. Eger heveslisinizse ve vaxt ayirmaga hazirsinizsa yuxarida yazilan yol xeritesini izleyerek gelecekde yaxşı tanınan,maddi ve menevi olaraq güclü bir web developer ola bilersiniz.Uğurlar.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Yenilənməyən header

Google Video (YouTube)

Php ile metnde deyişiklik etmək

Ekran olçüləri ilə dəyişən slide

phpdə pdf faylların içindəki yazılara görə axtarış

CSS bodybackground’un xassələri