Amazondan televizor sifarişi

Salam dostlar amazondan televizor sifariş etmək istəyirəm araraştırıb oxuduğum məlumatlara görə amazondan bir başa azərbaycana məhsullar göndərilmir eyni zamanda barami.az saytıyla da tanış oldum. 1)Mən linkini verdiyim bu məhsulun https://www.amazon.com/gp/product/B01MU1GBLL/ref=ox_sc_act_title_1?smid=ATVPDKIKX0DER&psc=1 çəkisini bilmək istəyirəm ki barami.az saytındaki cədvəldən çatdırılma üçün nə qədər pul çıxılacağını öyrənim. Amazonda nə qədər axtarsamda paketin çəkisi haqqında məlumatı tapa bilmədim. 2)Mən rayonda yaşadığım üçün gedip bakıdan paketi götürə bilmirəm bunun rahat bir yolu varmı ? 3)Ümumiyyətlə amazon-dan televizor almaq sərfəlidir?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

E. Hacı (2018-01-24 01:17:50)
Salam. 1. Bunu baramiaz-dan soruşub cavabı da dərhal ala bilərsiniz. İstənillən məhsulun səhifəsində Shipping weight olur. Onu götürüb kiloqrama çevirirsiz (məsələn google-da yazırsız ki, 15 pounds in kilogram, kilo ilə çəki çıxır) sonra kuryer saytındakı cədvəllə müqayisə edirsiz. 2. Yəqin ki rahat yolu yoxdur. Gəlib götürməniz lazım olacaq. 3. Yol pulunu hesablasaz sərfəli olub olmadığını bilə bilərsiz. Dubai online mağazalarından almaq sərfəlidir. Biz 106 və 122 sm-lik iri tv-lər almışdıq ordan 2-3 il əvvəl, rahat gəldi çıxdı.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Pexels.com-a Şəkil Atıram Şəkil Axtaranda Görsənmir

Aliexpress sifarişin yoxlanılması

Plastik karti hansi bankdan almaq serfelidir ?

Aliexpress shipping cost

Payoneer pul çıxarmaq

Sifarishli mektub itib