Prosessor artıq səs çıxarır.

Salam! Mənim kompüterimin prosessoru həddindən artıq səs çıxardır. Mənə elə gəlir ventilyatorunda, yəni fanındadır problem. Əgər problem fandadırsa, yenisi neçəyə başa gələr? Bir də, yenisi evdə özüm taxa bilərəm? Əgər problem başqa bir hissədədirsə, yazsanız sevinərəm. İndidən təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Murad Agayev (2018-02-04 21:22:21)
Təşəkkürlər.

Sahmar.M (2018-01-26 22:03:20)
Mənim də kompüterim səs edirdi. Səsin PSU dan gəldiyini bilirdim. Psu nu case dən ayırıb sökdüm. İçindəki pərin üstündə etiket olur, onu çıxardıb altındakı qapağı da açıb ora 3 damcı yağ tökdüm və eyni qayda ilə qapağı, etiketi vurub yerinə bağladım. Kompüteri açanda səsi təmiz kəsildi və hələ də səs salmıyıb.

Murad Agayev (2018-01-26 17:48:45)
Təşəkkürlər.

Murad Agayev (2018-01-26 17:48:19)
Təşəkkür edirəm. Başqa nədə ola bilər problem?

Emil- (2018-01-25 22:35:41)
Qiymeti 7-8 manat olar. Deyismek cooox asandir. Suruplari acirsan, sunurunu cixarirsan. Yenisini salirsan suruplari baglayirsan.

Maqa (2018-01-25 22:34:37)
əgər dəmirli bir səs gəlirsə bəli fandadır problem söküb ölçüsünə baxın yenisini alıb taxın

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Homtom HT7

Videodan səsi ayırmaq amma video özü səssiz qalsın

Kompüterdə səs

Komputer açılanda səs edir

Kompyuterimdəki səs sürücüsünü dəyişmək istəyirəm

Sırf səs izolasiya etmək üçün nauşnik.