Vordpresdə lazımsız istifadəçiləri silmək

Hər kəsə salam. Çoxdandır məni bir problem narahat edir və düzəltməyə çalışıram. Mənim vordpresdə qurulmuş veb saytım var, təxminən 2 ildir fəaliyyət göstərir (təhsillə bağlı kifayət qədər tanınmış saytdır). Saytda 35 min istifadəçi qeydiyyatı var. Elə istifadəçi var ki 2 il öncə qeydiyyatdan keçib və elə o qədər olar ki sayta giriş etmir. İstəyirəm ki bu cür istifadəçiləri - 1 il sayta giriş etməyən - saytda silim. Saytda istifadəçilərin sayı çox olduğu üçün bunu manual olaraq etmək çətindir və bezici işdir. Bunu ovtomatik necə etmək olar, yaxud bu tip qoşma varmı?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

E. Hacı (2018-01-27 16:48:57)
Bununçün əvvəldən aktivliyi yoxlayan plugin olması lazım idi. İndi heç bir şey yoxdursa məlumat olaraq, hansı aktivdir hansi deyil onu müəyyən etmək çətindir. Bundan sonra üçün edə bilərsiz amma. Belə bir plugin də var https://wordpress.org/plugins/inactive-user-deleter/ bunu qurursuz tutaq ki, və 2-3 ay işləyir, 2-3 aydan sonra artıq data toplanır deyə çoxdankı passiv userləri silmək asanlaşır. Data olandan sonra pluginsiz də silmək olardı, sadə bir mysql query ilə. Amma data olmalıdır.