Adsense ödənişləri ilə bağlı vergi Əməliyyatları

Salam. Bir Sualım Olacaq. Bilirəm ki Adsenslə Bağlı bir çox sual olur. Amma 1 suali daha vermək istəyirəm. Vergi ve hesabatı 3 aydan bir vermek lazimdi yoxsa her ay? vergi verdiyimiz zaman hesabatla birmi verilir? Birde adsensden odenisle bagli sosyal mudafie fonduna ayri vergi ve hesabat varmi?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

E. Hacı (2018-01-28 22:10:57)
Hər ay vergi verilmir. 3 ayda bir verilir, başqa vergi də yoxdur. Sosial barədə isə, qeydiyyat olaraq hara bağlısızsa oradan soruşa bilərsiz. Elə yer var sadəcə ödənişin keçməsi bəs edir, elə yer var ki, həm də hesabat istəyir. (hesabat dedikdə çox rahat bir şeydir)

Aqsin Ali (2018-01-27 22:49:49)
Sosyal Müdafiə fonduna Vergi verdikdən sonra, onun üçün də hesabat veririlirmi hər ay, Yəni, 3 aydan bir verdiyimiz vergi ve hesab var.. Bir də hər ay verdiyimiz vergi. Her ay verdiyimiz vergi üçün də hesabat verməliyikmi?

E. Hacı (2018-01-26 18:00:37)
Vergi tək adsense üçün lazım olan prosedur deyil, müstəqil olaraq pul qazanan hər kəsin məşğul olmalı olduğu şeydir. Ona görə də məsləhətdir ki öyrənəsiz bu prosedurları. Bilən birinə, mütəxəssisə, tanış bir mühasibə və.s. deyib öyrənmək olar. Vergi 3 ayda bir verilir. Hesabatdan bir neçə gün sonra borc olaraq aktivləşir vergi, amma dərhal sonra da ödəyə bilərsiz, hesabat verdiyiniz ay ərzində də ödəyə bilərsiz. Sosial ödəniş də bəli, hər ay ödənilməlidir. Yenə deyirəm bu təkcə adsense-ə bağlı məsələ deyil ki, narazılıq ola ki, bu nədir, 5-10 manatdan ötrü bu qədər əziyyət, hesabat - bu sahibkarlığın yönü yöntəmidir, qaydasıdır. İki yol var, ya maaşlı işdə işləyib belə şeylərlə heç vaxt uğraşmamaq, ya da sahibkar olub bu işləri həll etmək

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Pul kartdan çıxdı, lakin Skrillə yatmadı

Salam Vasitəçi bank adsensede mütləq ABŞda olmalidir?

Wp Saytımda yüngülvarı xaricə satış etmək istəyrəm

Sayta adam yığmaq

Ebaydan Telefon alaraq gomruk

Vaz 2107 kansturiksiyaya deyisiklik etmek olar ?