Buyer license Gömrük

Hər kəsə Salam mənə vacib köməyiniz lazımıdır Xaiş edirəm mənə kömək edin.Deməli mən bu ayın 8 telefon almıştım və satıcı öz səhvi nəticəsində mənə 2 ədəd İphone X 256gb 1 ədəd İphone 8 və 1 MacBook göndərib nəticədə 8 telefon 1 laptop var ayın 16 dan mallar gömrükdədir. Satıcı ilə əməlli başlı söz söhbət yarandı nəticədə razılaşdıq pulunu ödədim malların bu gün təslimat olmalı idi və satıcı mənə karqo şirkətinin BUYERS LİCENSE istədiyin təkcə lazım olan Buyers license olduğunu dedi. Məndə olmadığını dedim. Deyir ki karqo şirkəti 2000$ pul istəyir(bunu yalan dediyini bilirəm) Buyers lisence üçün. Mən bu sənədləri Azərbaycanda təmin edə biləcəyimi düşünürəm ancaq tam olaraq bilgim yoxdu.Xaiş edirəm mənə kömək edin.Bu sənədi Vergidən ya Gömrükdən əldə edə bilərəmmi?Xaiş edirəm kömək edin

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

neo13 (2018-01-31 16:50:30)
Sahibkarliq olmadanda götürmək olar 1000$ dan oyana 36% i ödüyürsən gömrük rüsumu kimi. Başqa variant yoxdu. Kargo şirkəti hansı şirkətdi. DHL CAMEX FEDEX UPS kimi şirkətlər malı poçta vermək yerinə öz ofisinə aparır gedib ordan götürürsüz. Məsləhətim girişmə refund elə getsin. Bu nəsə fırıldağdı. 6 dənə ölkə transitindən keçib.

Həsən (2018-01-31 15:22:58)
Bu mallar onsuza gömrükdə saxlanılmalıdır. Tək iphone x qiyməti elə 1000 dolları keçir. Gedin gömrüyə aydınlaşdırın və götürün mallarınızı. Əgər dediyiniz kimi mallar gömrükdədirsə.

Məmmədov Toğrul (2018-01-31 01:12:32)
Elvin bəy cavab üçün çox sağolun mal Azırbaycandadır satıcı deyirki karqo şirkəti Buyers license istəyir ki malı gömrükdən keçirə bilsin.Deyir sənəd olmadan keçirə bilmırik məsuliyyət daşıyırıq.Başa düşdüyüm sahibkarlıq sənədi istəyir.Başa düşdüyüm mən vergi açmalı olacam xaiş edirəm mənə kömək edin bu haqda məlumatım yoxdur. Tracking

E. Hacı (2018-01-31 00:42:03)
Sualınız təəssüf ki anlaşılmır. Ki problem nədir . Mal bizim gömrükdədirmi? Mənə çatmayan əsas məsələ budur: Mal sizə gəlib çatmayana qədər siz heç bir məsuliyyət daşımırsınız. Onda da məncə mən məsləhət görmüşdüm ki, pulu geri istəyəsiz refund alasınız, çünki bu işdən dələduzluq iyi gəlir. License filan bu lap Nigeriya spammerlərinin etdiyi fırıldağa oxşayır. Mal ya sizə gəlib çatır , ya da bizim gömrükdən sizə deyirlər ki gəlin malınız var, rüsumu ödəyin götürün. Başqa variant olmur.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

import gömrüyündə saxlanılıb

Gömrük 36% ödənişi

Musiqi Aləti (Elektro Gitara,Səs gücləndiricisi,səs kartı)

Gömrük haqqında

Gömrükdən keçən maşının rüsumu nə qədərdir?

Mobil telefonun qeydiyyatında məhdudiyyət.