Gömrük videokartları saxlayırmı ?

Salam. Bunu necə dəqiqləşdirə bilərəm ? Gömrük hal-hazırda ölkəyə gətirilən videokartları saxlayır ? yoxsa əsassızdır bu

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

E. Hacı (2018-02-08 11:59:48)
son 1-2 ayda 2 tanışım gedib və cəmi bircə yerə yaxınlaşaraq işlərini həll edib qayıdıblar. Maraqlıdır

Həsən (2018-02-08 00:11:46)
Bilirsiz adamı necə bezdirirlər orda. Birdəfə boş yerə motherboard saxlamışdılar məndə. Birinin yanına gedirsən o birinin yanına göndərir. qalx-düş adam uje bezir. düz 3 saat vaxtım getmişdi.

E. Hacı (2018-02-07 13:10:48)
Bitcoin filan məsələlərinə görə belə bir söhbət olmuşdu. Bitcoin miner(gücləndirilmiş videokart olur orada) filan almaq birbaşa biznes məqsədlidir deyə gömrük başlayıb onları saxlamağa. Ki sahibi gəlsin 35% rüsumu ödəsin götürsün - tam qanunidir. Siz videokart ala bilərsiz rahat. Əgər tutaq ki, saxlayarsa, gedib gömrükdən rahatca izah edərək ki bu fərdi kompüter üçündür, götürə bilərsiz pul ödəmədən. Əgər saxlayarsa ha, o ehtimalda deyirəm. Güman ki saxlamaz.