Program yazib nece sata bilerem?

Salam.Hansisa bir dilde program yazob onunharda və kime sata bilərəm?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

mragayev (2018-02-08 21:35:31)
Çox sağolun:)

Seo Mullimi (2018-02-08 01:24:52)
Salam, belə tək özünüz proqram yazıb sonra onu çətin ki sata biləsiz. Proqram satmağın ən asan yolu Google Play Store və Appstoredur. Məsələn siz bir proqram yaxud oyun yazırsız həmçinin reklam da əlavə edirsiz. Bunun həm pulsuz, həmdə bir neçə xüsusiyyət əlavə edib və reklamları çıxarıb pullu pro versiyasınıda mağazaya yükləyirsiniz. Həm pulsuz olduğu üçün hamı yükləyə bilir, həm də istəyən pulunu verib alır. Hər 2 variantda sizə sərf edir.

mragayev (2018-02-07 22:54:35)
Program dilləri bilirəm.Hətta google playde bir application belə var.Lakin programı qurdiqdan sonra onu satmağ üçün yer axtarırm

E. Hacı (2018-02-07 13:13:38)
Salam. Belə sual verirsinizsə, çox güman ki bu sahədə çox yenisiniz. Öncə öyrənmək lazımdır, pulsuz da olsa insanların işinə yarayacaq proqramlar düzəltmək lazımdır (mobil, kompüter, veb fərq etməz). Görəndə ki insanların işinə yarayan proqram yaza bilmisiniz, ondan sonra artıq satmaq barədə düşünə bilərsiniz. Və o mərhələdə artıq öyrənmiş olacaqsınız ki hansı sahədə insanlar proqramınıza pul verə bilər. Bir sözlə bu sual - yolun əvvəlindən uzağa baxaraq cavablayası sual deyil, bu suala cavabınız olması üçün bu yolda irəliləməniz lazımdır.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

windows xp haqqında

2 əməliyyat sistemi

Windowsu məhdudlaşdırmaq.

Restart-da c diskini təmizləyən proqram

чентр обновления windows

Azərbaycan dilini dəstəkləyən şriftlər