PHP scriptlərin qorunması haqqında

Salam, PHP-də yazılmış hər hansı bir proyekti necə qorumaq olar? Necə əmin ola bilərik ki, projeni satdığımız şirkət onu başqa yerdə istifadə etməyib və ya source kodları kiminləsə paylaşmayıb?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Həsən (2018-02-08 17:20:18)
Kodlaşdırmaq məsləhət deyil çünki ən son buraxılış ioncube belə açılır :) Ən yaxşı üsul yuxarıda qeyd olunan 3cü və 4cü bəndlərdir

local (2018-02-08 15:34:38)
Salam Elvin bəy, 3 və 4 cü üsullar mənim case-imə daha uyğundur. təşəkkürlər.

E. Hacı (2018-02-08 13:02:06)
Salam. Bu birmənalı cavabı olmayan sualdır. Amma həll yolu da çoxdur. 1. Ən pis yol - kodu şifrələmək. Hazır xidmətlər və ya sadə encrypt toollar ilə kodu oxunaqlı etməmək və kodun içində hər müştərinin data-sına uyğun data qoymaq. Ki başqa adamda işləməsin. Praktika göstərir ki bu yaxşı həll deyil. Həm etibarlı deyil, reverse yolla sındırılma və.s. hallar olur və bir sındırılan nüsxə olması bəs edir ki, məhsulun sonsuz sayda nümunəsi yayılsın, həm sürət aşağı düşür və.s. 2. Cloud həll təklif etmək - ən praktik və effektiv yol budur. Server sizdə olur, müştəri sizin saytınız üzərindən xidmətdən istifadə edir. Yox əgər sizin məhsul hər hansı xidmət yox, müştərinin sifarişi əsasında olan saytdırsa, o halda bu variant keçərli deyil, bəli. 3. Hüquqi yol - daha bir effektiv yol məhz budur və dünya praktikasında ən geniş istifadə ediləndir. Müqavilə bağlayırsız və müqavilədə kodu yayma halı olarsa fantastik bir cərimə məbləği olacaq yazırsınız, vəssalam. Görək müştəri onu necə yayacaq. 4. Backdoor notifier - koda gizli və qarışıq yollardan istifadə etməklə sizin hər hansı serverə ping göndərən kod qoymaq. Ki hər install zamanı sizə bildiriş gəlsin ki sizin proqram filan İP-də install edildi. Bu böyük və ciddi şirkətlər tərəfindən edilməsə də (onlar hüquqidən istifadə edir), kiçik şirkətlərin istifadə etdiyi metoddur.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Ubuntu (apache 2) Ağ Səhifə

Təcili kömək lazımdı

webmailə gələn və gedən mailleri databazaya atmadan php ilə birbaşa admin panelə necə çəkə bilərəm?

PHP-ni öyrənmək istəyirəm.

PHP Video Embeding

ob_start nədir ? nə zaman istifadə olunur ?