Qapalı məkanda şəbəkə olmur

Salam.Mənim telefon qefildən evdə və ya iş yerinde şəbəkəni göstərməməyə başlayıb.Yeni firmware yazmışam azı 3 dənə,format elemişəm,İMEİ dəyişmişəm,sim çıxardıb yerini spirtlə təmizləmişəm yenə də xeyri yoxdur.Ustadan soruşmuşuq ki bəlkə hanısa detalı dəyişməlidi yaxın durmur.Bilsəm ki çarəsi yoxdur yenisini alaram.Danışmaq üçün mütləq pəncərə qabağı və ya açıq məkan olmalıdı 😮

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

E. Hacı (2018-02-10 14:41:29)
Yerə filan düşməyə görə şəbəkə modulunda problem yaranmış ola bilər. Nadir də olsa olur belə şeylər. Siz eyni operatordan olan sim kartı 3-4 fərqli yerdə, hərəsində də 2-3 dəfə yer dəyişərək yoxlamısınızsa və hər dəfə görünübsə ki o biri telefonda hər dəfə tutur, bunda isə heç bir halda tutmur və ya zəif tutur - deməli telefonda problem var. IMEI dəyişmək - bu absurd addımdır və fake metoddur, reallıqda dəyişmir heç nə. Və bu məsələ ilə əlaqəli deyil. Firmware - bu da çox az ehtimallıdır. Telefonun ayarlarından 3G və ya 4G söndürüb tək 2G saxlayın, fərq olmasa, deməli telefondandır, ya şəbəkə modulu dəyişməli, ya da yenisi alınmalı.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

İMEİ kod problemi

Puk kodunu bilmirem

Telefonu qeydiyyatsız işlətmək

şəbəkə yoxdur

Optik xəttlə gələn interneti şəbəkədə paylamaq üçün nə etmək lazımdır?

Sistem və ya Şəbəkə adminstratorluğu