Sancaq insana nə edə bilər

2-3 il bundan qabaq başıma gələn bir hadisəni danışmaq istəyirəm sizlərə.Ola bilsin qəribə gələ bilər..Amma məni daha çox narahat edir.Uşaq vaxtı istədiyim bir qız var idi.Indi isə o qız böyüyüb.onların məhlələrindən çox vaxt dayım gilə gedib gəlirdim.Nədənsə yolu uzatmağı və o yolla getməyi çox sevirdim.Günlərin birində qulaqcıq qulağımda bunların evlərindən 100-150metr kənarda köhnə dağıdılmış poliklinikanın pilləkənində oturdum.. Uzaqdan sarışın 65-70 yaşı olan nənənin mənə yaxınlaşdığını gördüm fikir vermədim.Məni səslədi. Qulaqcığı qulağımdan çıxartdım.Nənənin əlində bir sancaq birdə sancağın alt hissəsində 5 qəpik boyda asılmış nəsə varıydı.O onu mənə təmənnasız verirdi..Mən onu götürməkdə israr etdim. O isə bala sən bunu götürməsən günahdı.Bu sancaq Məşədi Məkkəni dolanıb gəlib.Götürməsən günahdı.Nənədən çox şübhələndim.Sonradan məlum oldu sancaq vermək istəyən o istədiyim qızın nənəsiymiş..O sancağı mənə verməkdə məqsədi nə ola bilər?( Çox narahatam. Molla babam var bu sözləri ona deyəndə o heç əhəmiyyət vermir. Kiməsə belə hallar rast gəlib? bu barədə nə deyə bilərsiniz ?(

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

sahib.musayeva (2018-02-17 22:02:05)
Belə bir şey sübut olunub ki beyninə nə əkərsən onu da biçərsən. Belə şeylər sadəcə insanı psixoloji təsir altına salır və insan başlıyır həmin şeyi fikirləşməyə belə bir loru dildə söz var ürəyinə salır. Boş verin

Maqa (2018-02-13 13:17:19)
Belə bir şey sübut olunub ki beyninə nə əkərsən onu da biçərsən. Belə şeylər sadəcə insanı psixoloji təsir altına salır və insan başlıyır həmin şeyi fikirləşməyə belə bir loru dildə söz var ürəyinə salır. Boş verin

E. Hacı (2018-02-13 12:21:07)
Ola bilər o nənənin hansısa niyyəti olub, ola bilər sizi tanıyırmış, ola bilər heç tanımırmış, sadəcə ilk rastına çıxana, gözünə sataşana verməli imiş və.s. - bunlar önəmli deyil. Önəmli olan odur ki, bütün bunlar cəfəngiyyatdır və mövhumatdır. Belə şeylərə inanan adamlar doğurdan da zərər çəkə bilirlər bəli, o da həmin cadunun, əşyanın gücünə görə yox, ona inandığına görə içində formalaşan xof, qorxu hissinin yaratdığı sonrakı fəsadlara görə. Bir sözlə - belə şeylərin heç bir təsiri olmaması üçün bir sadə qayda var: belə şeylərə gülüb keçmək, boş şey olduğunun fərqinə varmaq.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Həmkarlar üzvlüyü

adsense pul gəlmir

Adsense və DəmirBank…

Aliexpress tracking

Telefon necə format edilir?

youtube’da analitikdəki gəlirlər niyə yox olur?