SHA 256 Decryption, şifrələməni açmaq.

Salam. Sha 256 kodlamanı necə açmaq olar?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

World-Wide-Web (2018-02-17 14:49:23)
çox sağolun məsələ aydın oldu.

E. Hacı (2018-02-16 23:07:49)
Axı bu eksponensial artan şeydir, elə bir database-i kim hazırlaya bilər ki? Məsələn 8 simvollu sözlərə baxaq. Bir simvolun əvəzində 10 rəqəm + 26 hərf + tutaq ki 20 simvol olsun. 56 simvol edir. Deməli təkcə 8 simvollu şifrələrin bazası 100 terabayt edir. Bunu internetdə kim yerləşdirəcək, yerləşdirsə də siz bunu nə vaxta download edib bitirərsiz? Özü də bu təkcə 8 simvoldur. 9 simvollular 5 petabayt edir. 10 simvollular 300 petabayt. Bunlar isə hədsiz nəhəng verilənlərdir və simvol sayı artdıqca onlarla işləməkçün super kompüterlər lazımdır , adi kompüterlər yox. Üstəgəl bayaq dediyim metoddan da istifadə edilsə, yəni hər md5-ə server tərəfdə tutaq ki, 20 simvollu sətir qoşulsa, o halda elə bir siyahının ölçüsünü təsəvvür etmək belə çətinləşir.

World-Wide-Web (2018-02-16 17:58:19)
melumatiniz ucun tesekkur edirem Elvin mellim. beli sozleri tutusdurma ile mumkun olur, amma onu tapa bilmirem, yeni bu zamanadek sha 256 kod listesi uzerinde isleyib paylasan olmayibmi . en azi 20-30 milyon soz olan liste olmalidir. bezi saytlarda ise cox azdir yalniz asan ve popular sozleri tapa bilir.

E. Hacı (2018-02-16 14:59:18)
SHA 256 xətti encoding deyil, kriptoqrafik metoddur. Kriptoqrafik şifrələmə isə geri dönüşü olmayandır. Yəni siz o şifrələmi heç cür aça bilməzsiniz. Əlavə məlumat: Təsadüfi tapma və tutuşdurma metodu var, bu da ən bəsit və ağlagələn şifrələr üçündür. Yəni məsələn siz heç vaxt md5('123')-ü götürüb onun 123 olduğunu aça bilməzsiniz, amma 123 sadə şifrə olduğundan internetdə artıq onun md5-i və 123-ə aid olması barədə məlumat var. Çünki şifrələməni edən şəxs ilkin və son nəticəni bilir deyə onu sonradan internetə yerləşdirməsi bəsit bir şeydir. Bu baza nə qədər böyüyür böyüsün, çətin md5-ləri çözməyə bəs etmir. Məsələn veb saytınızda tutaq ki md5 istifadə edirsiniz və sizin bəsi istifadəçilər 123456 tipli şifrələr istifadə edir. 123456-nın md5-i internetdə artıq mövcuddur deyə sizin şifrələnmiş bazanızın həmin sətri artıq təhlükə altına düşür. Bunun həll yolu isə md5-ə əlavə bir sətir qatmaqdır. Məsələn istifadəçi özünə şifrə kimi 123456 seçirsə, siz onu bazada md5(123456) kimi yox md5('size_aid_bashqa_bir_sabit_sifre'+123456) kimi saxlasanız, dünyanın bütün md5 bazaları birləşsə də yenə də 123456 kimi sadə bir şifrənin alınmış md5-ini çözə bilməz.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Encrypted files Win 7