İldə neçə telefon ala bilərik?

Salam, ilk telefonumu aliexpressdən 2017 ci ilin martında almışdım. Bu yaxınlarda sındı. 2018 ci ilin ikinci ayında təzə telefon aldım (45usd). Çox ucuz və sadə bir şey aldım. Telefonları adıma almışdım ikisinidə. İndi ikinci telefon (1 Ədəd telefon) gəlib düz 6-cı gündür heç yerə göndərilmir. sadəcə yazılıbki təyinat ölkəsinin mübadilə məntəqəsinə daxil olub vəssalam. Heç bir update yoxdur. - 1000 Usd ni keçəçək alış-veriş etməmişəm. - Çatdırılma ünvanım eynidir. - Satıcının feedbacklarinda Azərbaycana bir neçə uğurlu çatdırılma var. Bu halda mən nə etməliyəm?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

JohnnyBravo2 (2018-02-21 15:14:48)
Təşəkkür edirəm! Heç bir zaman məndə 2 gündən çox gözləməmişəm. Qəribə gəldi. Əlaqə yaratdım dedilər 3-5 gün daha gözləyin.

E. Hacı (2018-02-21 13:56:51)
Gözləmək lazımdır sadəcə. 6 yox, hətta 10-15 gün qala bilir orada. Əlaqə nömrəsi varsa ünvan bölmənizdə, gömrük saxlasaydı çoxdan sizə zəng edərdi. Həm də gömrük saxlayanda tracking-də statusda on hold filan yazılır. Bir sözlə sizin durumda yəqin ki sadəcə adi poçt gecikməsidir

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Auksionda(ebayda) qalib gəldim.Malı almasam olar?

Asos.com’dan gələn mal

polis akademiyası keçid balı 2016

adsense de pul gelmir

Qonşunun telefon xətti ilə yeni internet

Mail Forwarding