“Hesab maşınının Hesab məntiq qurğusu və Əsas yaddaşın funksional sxemləri əsasında arxitekturası” nə deməkdir

"Ümumi təyinatlı registrli hesablama maşınının Hesab məntiq qurğusu və Əsas yaddaşın funksional sxemləri əsasında arxitektur işlənməsi".
Sxemotexnika fənnindən belə bir kurs işim var, özüm yenə də araşdıracam, amma Bunun nə olduğunu, Nə haqqında yazmaq lazım olduğu üçün ip ucu bilir kimsə?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

ahmed (2018-02-27 08:32:01)
Hesab maşını kompüterdi, Hesab məntiq qurğusu - prosessor (CPU), Əsas yaddaş məncə ram olmalıdı, ingilis dilində fiziki yaddaş kimi də tərcümə olunur, amma prosessorun özünün də daxili yaddaşı ola bilər. Əgər söhbət fiziki yaddaşdan gedirsə onda prosessorla fiziki yaddaşı niyə qarışdırırlar bir-birinə anlamıram. Hər biri öz-özlüyündə sxemotexnika baxımından büyük bir tədqiqat sahəsidi. Ümumi təyinatlı reqistr - burada söhbət prosessorun reqistrlərindən gedir. Ən yaxşısı müraciət edin İntel -in sənədlərinə. 80386 İntel programmers reference manual. Assembleri bilmək tələb olunur.