3d secure barəsində məlumatı olan varmı?

Dostlar deyək ki hərhansı bir saytdan 1 aylıq hostinq aldım. Və 3d secure kodumu girib kartdan pulumu ödədim. Ancaq gələn aydan hostinq pulunu ödəmək isdəmirəm. Kartımda 3d secure qoşulmuş olsa belə auto renewal edib gələn ayda 3d secure qoşulmüş kartdan 3d sevure kodu olmadan pul çəkə bilərlər mi? Təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

neo13 (2018-03-05 19:32:52)
Təşəkkürlər.

E. Hacı (2018-03-05 12:35:26)
Ümumiyyətlə 3D secure ola ola kartdan pul çıxılması mümkündür. Bu ödəyən tərəfin Visa və Master Card üçün nə dərəcədə trusted olmasına da bağlıdır. Məsələn Amazon nəinki 3dsecure, hətta CVV2 kod yazmadan da kartdan pul çıxa bilir. Qaldı autorenewal məsələsinə, siz 3dsecure kodu daxil edərək autorenewal təsdiq etmisinizsə, növbəti ay sizdən bunu istəməyəcək, avtomatik çıxacaq. Çünki siz RECURRING payment-ə razılıq vermisiniz. Ona görə də yeni aydakı olacaq ödəniş ayrı bir ödəniş yox, elə köhnənin davamı sayılacaq, köhnəni də siz təsdiq etmisiniz

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Ən əlverişli plastik kart hansıdır?

Xaricdə işlətmək üçün bank kartı

Bankda hesab açmaq

Bank kartı

Elektron alış veriş – plastik kart

plastik kart balansı