PayPal’də pul görsənmir

salam. ebaydən mal almışdım, və ödənişi bir başa kartla etmişdim. mal gelib çıxmadı, satıcı pulu qaytaranda istədim ki bir başa karta yox, mənim paypal hesabıma atsın. indi mənə service@intl.paypal.com-dan mail gəldiki ödəniş olunub hesaba. amma hesaba girirəm heçnə gostərmir. paypal hesabımda başqa kartdı, ondan ola bilər yoxsa ?

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

Ilqarn (2018-03-07 02:07:23)
elə bunu öyrənmək istəyirdim. 6 ildi işlədirəm, 1ci dəfədi belə bir şey başıma gəlir. çox sağol məlumata görə

neo13 (2018-03-06 23:36:25)
Məllim pulu paypaldan qeydiyyatdan keçib ödəməsən belə, paypal yerinə plastik kartla ödəmək üçün yenə paypalın səhifəsinə atır. Tək fərqi odurki qeydiyyatdan keçmirsən sadəcə kartındakı məlumatları əlavə edirsən. Əlavə olaraq withdraw xidmətini dəstəkləmədiyi üçün paypal bu məlumatı azərbaycan istifadəcilərinə göstərmir. Əgər kartla ödəyib və paypal bunu başqa kartınıza refund edibsə deməli paypal pul çıxartmağı qismən dəstəkliyir.

Ilqarn (2018-03-06 12:19:59)
siz məni düz başa düşmədiniz. mən ödənişi paypal ilə etməmişəm. başqa bir kartla etmişəm. və həmin kart paypaldə qeydiyyatda deyil və olmayıb. amma müəyyən səbəblərə görə mən istəmədim pul həmin karta qayıtsın ona görə xaiş etdim ki pulu paypal ilə ödəsinlər. mənim problemim odur ki burda paypaldən mail gəlib ödəniş haqqda amma paypal hesabımda bu haqda heçnə yoxdur

E. Hacı (2018-03-06 11:24:38)
Siz orada yazılanı düzgün başa düşməmisiniz. Credit card deyəndə onlar birbaşa credit carda olan köçürməni deyirlər. Onu təbii ki etməzlər. Orada da onu yazıblar. Refund hara ödəniş olubsa ora da qayıdır. Siz paypalla ödəmisiniz deyə təbii ki yalnız və yalnız paypala qayıdır refund. Sadəcə olaraq siz işin bu biri ucunda - paypalda ödəniş edərkən kartdan ödəmisiz deyə, Paypal da pulu dərhal, saxlamadan kartınıza göndərməlidir və göndərib. Refund-u loru dildə izah edirəm: GƏLDİYİ YOLLA GERİ QAYITMAQ. - və bunun başqa yolu yoxdur. Başqa yol təklif edilərsə o artıq refund deyil, fərdi yolla geri ödəmə demək olardı. Refund isə gəldiyi yolla da ilk başa qayıdır. İlk şəkildə də bunu təsdiq edir, pul kartınıza göndərilib Paypaldan.

Ilqarn (2018-03-06 02:27:11)
mümkün deyil deyirsiz amma burda göstərilən dediyinizin əksidir. yəni yalan yazılıb? elədisə paypalin rəsmi emailindən niyə bildiriş gəlib?

E. Hacı (2018-03-06 00:54:20)
Şəkildən də görünür ki pul refund olaraq master cardiniza geri qayıdıb. Nəyə razı olublar bilmirəm düzü, amma bunu bir yolu var o da budur, başqa variant mümkün deyil. Refund yalnız karta qayıdır

Ilqarn (2018-03-05 21:23:07)
mən də elə bilirdim amma təklif etdim qəbul etdilər. pul paypal hesabına gəldi (yəni mailde elə gostərir). amma həmişə pul gələn kimi hesabda göstərirdi 2-3 gün sonra da karta otururdu pul. indi isə paypalda heçbir şey yoxdur o haqda. mailə gələn mesaj budur

E. Hacı (2018-03-05 18:58:19)
Salam. Elə bir şey mümkün deyil. Refund əməliyyatı pul haradan çıxıbsa oraya da qayıdır. refund - pulu geri ödəmə demək deyil ki onu fərqli yerə qaytartmaq ola, refund sadəcə əməliyyatın ləğvi deməkdir. Pul kartınıza gedib, oturmayıbsa da 3-5 günə oturacaq

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Hesab silinməsi

Şəxsiyyət vəsiqəsini scan etmək

Paypaldan Webmoney-ə pul transferi

DealExtreme’də alış-veriş necə edilir?

PayPal ödəmə

Change.org-da açılmış “Azərbaycanda Paypal” haqqında formanın sonu necə olacaq?