E-commerce saytlarının Vergi hesabatı,çıxarış nəyə əsasən hazırlanır ?

E-commerce saytlarının Vergi hesabatı,çıxarış nəyə əsasən hazırlanır ? Onlayn alışveriş saytına fiziki kassa mütləqdirmi ?

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

E. Hacı (2018-03-08 18:30:36)
Tək VÖEN bəs edir normalda. Amma siz çox böyük dövriyyə olmadıqda Milliön sizə sərf etməz. Portmanat-a qoşulmaq daha yaxşıdır. Müəyyən komissiya tutacaqlar, əvəzində bütün terminallar vasitəsilə ödəniş qəbul edə biləcəssiniz

Həsən (2018-03-08 16:05:53)
Çox sağolun ətraflı məlumatlandırdığınız üçün. Təşəkkür edirəm. Son bir sualım da var :) Bilmirsiz MilliÖn tək vöen istəyir yoxsa başqa sənədlərdə istəyir ?

E. Hacı (2018-03-08 11:15:16)
Xeyr, 1 və 2 üzrə vergi elektron tutmur. Elektron vergi deyə bir şey yoxdur. Bütün hallarda pul sizə tam gəlir, vergi tutulmadan, sonra vergini siz özünüz bəyan edirsiniz (ki bu qədər qazanmışam, hardan hansı hesabdan, necə qazanmışam, demirsiniz, sadəcə məbləğ yazırsınız, bu zaman dürüst olmalısınız, çünki sabah bir gün yoxlama olub desə ki bu rəqəmləri isbat edən sənədləri göstərin və ya birbaşa bank hesabınızdakı əməliyyatlara girib baxsalar və uyğunsuzluq görsələr, sizi problem gözləyir, ona görə də siz, sadəcə düzgün olanı yazırsınız) - üç ayda bir dəfə e-taxes saytında, sonra da online və ya bank və ya terminal ilə bəyandakı məbləği ödəyirsiniz. Qaldı ofisdə kiminsə ödəmə etməsinə. Kassasız mümkündür bəli, qaimə yazıb verirsiniz. Kassa əməliyyat çox olanda lazım olur, çünki məsələn dükanda qaimə yazmaq mümkün deyil, müştərini tez yola salmaq lazımdır. Qaiməni də lisenziyalı mətbəələrdən ala bilərsiniz. (ÇUM tərəfdə biri var, adını unutdum) Bircə istisna var: Ödəyən tərəf hüquqi şəxsdirsə, o halda qaimə etibarsızdır və nəqd ödəmə qadağandır. Yəni tutaq ki bir şirkət öz şirkət büdcəsindən sizin mağazadan nəsə alırsa, ödəmə yalnız və yalnız bu formada olmalıdır: Siz online vergi hesabınızdan o şirkətin VÖEN-nə e-qaimə göndərirsiniz, onlar da qaimədə yazılan pulu sizin hesaba köçürür bank ilə. Amma belə, normal vətəndaş müştərilərinizə isə yuxarıda da yazdığım kimi, nəqd pul alıb qaimə yazıb verə bilərsiniz. P.S. İstənilən halda, mənim dediklərim qanun deyil, və daha da əminlik üçün 195 nömrəsinə zəng edib sual verə bilərsiniz, çox xoş şəkildə istənilən sualınızı cavablayacaqlar.

Həsən (2018-03-08 00:01:54)
Baxın tam olaraq belə deyim. Məsələn mənim bir şirkətim,e-ticarət saytım var. və ofisimdə var. Ama ödənişlər onlayn qaydada olur. Ama müştərirnin biri gəlir ofisə nağd ödəniş etmək istəyir hər hansısa bir səbəbə görə. Mən ondan ödənişi qəbul edib, qəbul haqda möhürlü çek vəya qaimə təqdim etsəm qanundan kənar sayılır ? Ona görə soruşdum kassa mütləqdir ya yox. yəni kassasızda mümkündür bu ödənişi qəbu etmək ?

Həsən (2018-03-07 23:53:39)
aha yəni 1 və 2ci bəndlərdə vergi elektron olaraq tutulur. Nağd zamanı isə hesabat üçün çek vəya qaiməni saxlayıram özümdə. düz başa düşdüm ?

E. Hacı (2018-03-07 23:24:56)
Online ödəniş qəbul edirsinizsə 1. Yerli ödəniş provideri (azericard, millicard və s ) - bunlar onsuz da pulu sizin VÖEN hesaba virtual POS vasitəsilə köçürürlər. Yəni hər şey burada aydındır. 2. Xarici ödəmə- yığılan pulu SWIFT ilə VÖEN hesabınıza keçirirsiz - bu da aydındır. Nağd ödəniş ilə qapıda ödəmə - kagiz qaimə yazıb verirsiniz müştəriyə. Qaimənin bir nüsxəsi sənəd kimi sizdə qalır.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Envato (10% vergi)

Vöen açmaqın mene ne kimi xeyri ola biler?

Expatlar kimə vergi verməlidirlər?

Qazancım Olmasada Vergi Çıxılır?

Payonner Kartın Bütün Vergiləri

İnternet qazanc üçün voen