PHP ilə websaytın kontentinin dəyişdiyini necə anlamaq olar?

Salam,
Php ilə web saytın kontentinin dəyişdiyini necə anlamaq olar?

Saytın contentini götürüb md5-ə çevirib, daha sonra yenidən bu əməliyyatı edib bunları tutuşdurmaq olar, amma bu tam yaxşı yol deyil.
Mənim burda əsas məqsədim son əlavə olunan blog yazısını oxumaqdır.
Qeyd edim ki, saytlar çoxdur yəni bir sayt olsa ona nəsə etmək olar amma saytların sayı çoxdur.

Bucür hallarda necə bir həll məsləhət görərdiniz?


Yadda saxlama
Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

(11:07, 12/03/2018 ) #71350

Yenilənən saytların demək olar hamısının RSS kanalı var, girirsiniz, Feedly-yə, saytın adın yazırsınız. Vəssalam, bütün saytların hamsını bir app daxilində oxuyursunuz. Bütün yeni məqalələr, yazılar da vaxtı-vaxtında peyda olur.

md5 yanaşması doğru deyil əlbəttə ki. Saytda yeni yazı çıxmadan tarix də dəyişə bilər, valyuta kursu da, digər statik bir məzmun da. O halda da md5 dəyişər.
Doğru yanaşma saytın xəbər blokunu parse edib yoxlamaqdır.
Məsələn scriptiniz hər gün X dəfə cron job ilə işə düşür, aaa.com saytının kontentini yükləyir, xəbər blokunu tapır, onu elementlərə bölür, son elementi götürüb saxlayır siz tərəfdə yaddaşda.
Növbəti dəfə yenə eyni şeyi edir, bu dəfə son elementi əvvəlki son element ilə tutuşdurur, eynidirsə, deməli yeni xəbər yoxdur.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(11:48, 12/03/2018 ) #71351

Bəli Elvin bəy, mən də tam olaraq sizin qeyd etdiyiniz ikinci həlli etmək istəyirəm amma nəzərə almaq lazımdır ki, saytlar çoxdur.
O zaman burda hər sayt üçün ayrı format işlətmək lazım olacaq.
Sizin fikrinizcə aşağıdakı kimi bir həll yolu yaxşıdır yoxsa başqa alternativlər ola bilər?

İlk öncə saytı bizim bazada qeydiyyatdan keçirən zaman həmin saytın xəbər bloku hissəsini də saxlayırıq(xəbər bloku hər sayt üçün fərqli ola bilər) və ən son xəbərin tapılması hər bir sayt üçün ümumi bir qayda ilə saytı qeydiyyatdan keçirdiyimiz zaman saxladığımız xəbər bloku-na görə tapırıq.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (12:44, 12/03/2018 ) #71352

    RSS bu iş üçün optimal həlldir və varlıq səbəbi də budur.
    Kim ki, RSS təqdim etmir, demək ki, maraqlı deyil kənara nizamlanmış məlumat ötürməyə.

    Dediyiniz yol elə mən deyənə yaxın yoldur. Xəbər bloku hissəsinin div adını, classını və.s. qeyd edib saxlaya bilərsiniz. Beləliklə hər sayt üçün bir dənə rule (scriptin o bloku tapmasına kömək edəcək rule. class və ya İD adı məsələn) saxlayırsız, scriptiniz də onun sayəsində bütün saytları həll edir.
    Daha üstün səviyyəli script isə ağıllı script yazmaq olar. Ki bu rule-ları özü təyin etsin, saytın dizaynı, Strukturu dəyişsə belə yenə də işləməyə davam etsin.
    Bunu da iki yolla etmək olar:
    1. Tam ağıllı kod: Süni intellekt ilə. Bu ağır məsələdir, üstündə ciddi işləmək lazımdır. Böyük aqreqatorlar (google news, yandex news və.s.) elə işləyir.
    2. Psevdo-ağıllı kod: Çoxlu mümkün ruleset yaratmaq. çoxsaylı if-else case-lər ilə öncədən təyin elədiyiniz xəbər bloku əlamətləri axtarışına çıxır ,(məsələn bir containerin içində çoxlu kiçik ölçülü thumb şəkil olması, ancaq başlıqlar olması, alt başlıqlar olması, ul və li listlərinin olması və.s. rule-lar. Və sonra bütün bu rule-ları sadə yolla və ya Bayes teoremi ilə birləşdirib nəticə çıxarmaq) tapdıqda isə onun parent containerinin xəbər bloku olmasına qərar verir. Bu da asan həll deyil, amma birinci bəndə baxanda çox asandır. İş ciddidirsə məhz bu iki yoldan birinə baş vurmaq lazımdır. Çünki bu iki yoldan savayı olan həllər dayanıqlı olmayacaq, tez-tez pozuntular baş verəcək

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(14:14, 12/03/2018 ) #71353

Təşəkkürlər Elvin cavablara görə. Bəli sonda siz qeyd etdiyiniz kimi, RSS ilə bu işi etməyin daha düzgün olacağınl düşünürəm.

Sag olun

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

MiMov cavab verdi - Özəl ip tv qurmaq (4 gün əvvəl)

MiMov cavab verdi - iptv onlayn paket almaq (4 gün əvvəl)

E. Hacı cavab verdi - 300$ Gömrük Limitini keçdim (10 gün əvvəl)

Software Developer cavab verdi - Aliexpress gömrük rüsumu nəyə görə hesablanır? (12 gün əvvəl)

AliyevYT cavab verdi - Honeygain, passiv gelir (13 gün əvvəl)

Sıradan biri cavab verdi - IMEI qeydiyyatı (15 gün əvvəl)

Fariz Huseynli cavab verdi - cerimenin öyrənilməsi (17 gün əvvəl)

Software Developer cavab verdi - cerimenin öyrənilməsi (19 gün əvvəl)

Software Developer cavab verdi - Kapital bank rekvizit payoneer (19 gün əvvəl)

Software Developer cavab verdi - Hər hansı kompyuter proqramının (EXE faylı) etibarlı olub olmaması yəni qanuni və ya saxta olduğunu necə bilmək olar ? (19 gün əvvəl)

txmn cavab verdi - Hərbi biletsiz, möhlətsiz iş (21 gün əvvəl)

Galaxy cavab verdi - X-də (Twitter) premium abunəliklə bağlı çətinlik (22 gün əvvəl)

Rsad Ncfli cavab verdi - Payonner 2024 ilə bağlı sual (27 gün əvvəl)

Software Developer cavab verdi - Payonner 2024 ilə bağlı sual (27 gün əvvəl)

Rsad Ncfli cavab verdi - Payonner 2024 ilə bağlı sual (27 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23229 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024