Gəlir vergisi haqqında

Salam deməli elektron ticarətlə məşğul olan insanlar müəyyən qaydada vergi ödəyir ölkədə Ancaq burada bir sual yaranıb ticarət edirik bunun üçündə hər hansı malın alınması üçün bir məbləğ ödəyirik. Qısacası qazandığımız pulun 100/40 faizi gəlirimizdir qalan 60 faizi isə malın alınması daşınması və s işlərə xərclənir. Burada vergi prosedurunu necə həyata keçirmək lazımdır ki sırf gəlirimdən vergi ödəyim.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

E. Hacı (2018-03-16 12:55:30)
Sadələşmiş vergidə gələn puldan 4% vergi verilir. Adı da sadələşmiş vergidir. Burada gəlir söhbəti yoxdur. Sizin modeldə isə gəlir və marja məsələsi var deyə siz gərək ki, normal vergi seçəsiniz, sadələşmiş vergi yox. Orada isə artıq xalis qazanc nədir, onun vergisini verirsiniz. Bütün qanuni xərcləri çıxandan sonra yerdə qalan mənfəətin vergisi. Orada ƏDV də olur, mənfəət vergisi və.s. olur. Bu vergi növü sadə deyil deyə adətən mühasibə həvalə edilməlidir , ki bütün giriş və çıxış pullarını hesablasın, vergi hesablatları, ƏDV büdcəsini xərcləməyi və.s. həll etsin. Sadələşmiş isə adından göründüyü kimi sadədir deyə biznes sahibi özü belə online şəkildə bütün hesablatları 10 dəqiqədə həll edə bilir.(ildə 4 dəfə). Siz çətinliyinə görə normal gəlir vergisi yox, sadələşmiş vergi istifadə etsəniz, o halda çıxış yolu budur ki, məhsulun qiymətinin üzərinə 4% vergini gəlirsiniz, elə satırsınız, ki ödəcəyiniz 4% vergi marjanıza təsir etməsin.