Paypal hesabına visa kart yükləmək.

Salam paypal hesabıma kapital bankdan aldığım visa kartı vurmaq istədim,kartın kodunu yazdım kart profilimdə göründü.Daha sonra kartımı təsdiq etməmi istədilər.Kartımdan mənim xəbərim olmadan 1.95 $ çıxıbmış və mənə heç bir kod gəlmədi mən bunu üç dəfə təkrarladım və kartımdan 10 manata yaxın pul çıxdı ama mənə heç bir kod gəlmədi.Paypala mesaj atmışam bu durumda mən nə edə bilərəm ? Pulu geri qaytarmaq istəyirəm. http://imgur.com/a/GfLNm http://imgur.com/a/3QNa4

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

E. Hacı (2018-03-16 23:41:02)
qayıdacaq

rustemrustemov (2018-03-16 20:50:08)
Çox sağol qardaş,Allah razı olsun kapital bankin programını telefonuma yüklədim ordan tarixçədən göründü 3 defe 3.33 pul çıxıb diqqətli baxıb gördüm kod yazılıbmış paypala kodu vurdum kart təsdiqləndi.İndi qaldı əsas məsələ pulun hamısı geri qayıdacaq ?

rustemrustemov (2018-03-16 19:29:19)
Çox sağol qardaş,Allah razı olsun kapital bankin programını telefonuma yüklədim ordan tarixçədən göründü 3 defe 3.33 pul çıxıb diqqətli baxıb gördüm kod yazılıbmış paypala kodu vurdum kart təsdiqləndi.İndi qaldı əsas məsələ pulun hamısı geri qayıdacaq ?

neo13 (2018-03-16 14:40:49)
Qaş düzəldən yerdə vurub göz çıxartmısan məllim. Kodu bankdan soruşmalısan. Pulun çıxılması kodun gəlməyi deməkdi birnöv.

E. Hacı (2018-03-15 23:59:19)
Siz səhv başa düşmüsüz. 1. Paypal o pulu sizdən təsdiqləmə üçün çıxır və əlbəttə ki hamısını geri qaytaracaq. Bu sadəcə yoxlama üçün olan çıxılmadır, sonra geri qaytarılır. 2. Sizə heç bir kod gəlmir, kodu siz özünüz tapmalısınız. Tapmaq da belədir: İnternet və ya mobil banking proqramınız varsa, oradan girirsiz tarixçə bölməsinə. mobil bank yoxdursa o halda bankomatda çıxarış bölməsindən çeki dərc edirsiz orada bütün əməliyyatların kodu olur, və ya banka gedərək oradan son əməliyyatlaırn çıxarışını alırsız və orada ən son çıxılmada yazılan kodu paypalda daxil etmək lazımdır. Vəssalam. Gördüyünüz kimi yollar çoxdur, bircə o kodu tapıb daxil etmək lazımdır

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

WeDo Express

İmport gömrüyündə saxlanılıb, səbəb: Yüksək dəyərli mallar – rəsmi gömrük bəyannaməsi tələb olunur

Aliexpress, ünvan

Payoneer kart əldə etmək

Wp Saytımda yüngülvarı xaricə satış etmək istəyrəm

Salam AZBAKA-dan mal almaq olur?