Onlayn məhsul alışı zamanı ödənişlər.

Salam. Mənə mövzu başlığı ilə bağlı bir neçə şey maraqlandırır. Verəcəyim suallara yaxın sual burda görüb cavabını oxumuşam, lakin sual 1 il əvvəl verilib, qanunda dəyişiklər olması ehtimalını gözə alaraq bir də soruşmaq istədim. 1) Xaricdən nəsə sifariş verərkən məsələn ucuz məhsullarda məhsulun qiyməti 0.5 azn-dirsə bu məhsula görə öz qiymətindən 3 dəfə çox poçt ödənişi edirəm. Bunun hər hansı bir çıxış yolu var mı? 2) Məhsuldan 10-20 ədəd sifariş verən zaman poçtdan hər hansı bir endirim almaq olur mu? 3) Məhsulun sayı və dəyəri nə qədəri keçəndən sonra vergiyə cəlb olunur? Məsələn mən 10 ədəd ümumi dəyəri 200 azn-i keçməyən t-shirt sifariş verib alsam bu məhsuldan vergi ödəməliyəm? Ödəməsəm nə baş verəcək? 4) Ümumiyyətlə, belə 15+ sayda bir məhsul alarkən poçtdan başqa alternativ var çatdırılma üçün? 5) Çox sayda məhsul alarkən aldığım saytdan, məsələn aliexpress necə endirim əldə etmək olar? Öncədən təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Rashad Mustafasoy (2018-03-28 22:15:48)
cavablar.net-də olan sual-cavabları oxudum rüsum haqda. Amma orada biznes məqsədilə alınan mallar üçün rüsumun nə qədər olduğunu tapa bilmədim. Yazılanlar hamısı deyirdi ki, 1000-dən yuxarı olarsa 36% rüsum var. Bəs 1000-dən aşağı lakin biznes məqsədli olsa neçə faiz olur? birdə hər mal üzrə tətbiq olunur yoxsa ümumi miqdara?

E. Hacı (2018-03-28 17:45:33)
xeyr, mümkün deyil. eyni satıcıdan alanda soruşmasaz belə o qoyur, fərqli satıcıdan alanda isə mümkün deyil. rüsumun miqdari haqqında cavablar.net-də kifayət qədər sual-cavab var. Malın dəyərinin 35%-i olur təxminən.

Rashad Mustafasoy (2018-03-28 17:31:13)
Bəs müxtəlif satıcılardan alıb eyni paketə qoydurmaq mümkündürmü? Və ümumiyyətlə məhsulların eyni paketə qoyulmasını kimə tapşırırıq? Rüsumun miqdarı haqda falan ümumi məlumat hardan ala bilərəm?

E. Hacı (2018-03-28 15:40:01)
1. Xidmət haqqıdır bu, məhsulun qiyməti ilə əlaqəli deyil, çəkisi və ölçüsü ilə əlaqəlidir. Çıxış yolu odur ki, bir neçə məhsulu bir paketdə alıb poçt ödənişində də qənaət etmək olar. 2. Ölçü və çəki önəmlidir. Ayrı-ayrı paketlər olsa, xeyr endirim olmur. Hamsı bir bağlamadadırsa(xaricdə eyni satıcıdan alanda eyni paketə yığır) o halda bəli, xeyli qənaət olar. 3. Vergi yox, rüsum ödəməlisiz eyni məhsuldan çox alanda. Ödəməmək kimi şansınız yoxdur, çünki malı gömrük saxlayır, özünüz aeroporrta gedib orada banka ödəniş edib malı təhvil alırsınız. Şəxsi təyinat üçün olanda rüsum ödənilmir, biznes təyinatı olanda ödəyirsiniz. 10 ədəd alanda da inandırıcı görünmür ki, bu qədər şeyi özünüz üçün alırsınız. Ona görə də gömrük saxlaya bilər.(bəzən saxlamır belə şeyləri, ucuz olduğuna görə. Amma saxladığı da olur. Keçən gün bir tanış 6 ədəd eyni uşaq geyimi almışdı, gömrük saxladı, gedib oradan rüsum ödəyib götürdü) 4. Express poçtlar var, DHL, Azems, Fedex və.s. Onlar isə qatqat bahadır sözsüz. 50 azn-dən aşağı olmur ən kiçik bağlamada belə. Ən ucuzu adi poçt ilə gələndir. 5. Bunu satıcı ilə danışaraq əldə etmək olar. contact seller ilə yazırsınız, satıcı razıdırsa sizə kupon kodu verir, o kupon kodunu yazıb neçə faizsə endirim əldə edə bilirsiniz.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

aliexpress sifariş haqqında

Yapı kredi bank Paypal-dən karta gələn pulu nəğdləşdirməyə icazə verirmi?

Aliexpress den sifarişlər gəlir?

Aliexpress den telefon zakaz vermek

Online alış-veriş dubai

Azbak Telefon gəlib çatacaq yoxsa?