Amazon üzərindən satışlar üçün vergi ödəməliyəmmi?

Salam müəyyən müddətdir Amazon platformasında satışlar edirəm və aylıq 10.000 USD civarında pul daxil olur Payoneer kartıma. Bilmək istəyirəm ki bu dövriyyə üçün nə vaxtsa məndən vergi tələb oluna bilərmi? Ya özüm gedim vergilər idarəsinə ki mən belə bir işdən pul qazanıram bunun üçün nə etməliyəm deyim? Ümumiyyətlə bu mövzunun ətrafında da digər bilgisi olanlar ətraflı cavablasa şad olaram.


Yadda saxlama
Kateqoriya: Sual . , , , , , , , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

(19:56, 29/03/2018 ) #71509

Ilk öncə xaricde bu işlər necə olur baxaq. Ümumdünya ticarət təşkilatı ölkələri asanlıqla bir birində olan sistemlərə girən çıxan pulları görə bilir deyə pul qazanan şəxs əlavə izah vermədən sadəcə bəyan edir ki bu qədər pul gəldi və vergisini ödəyir. Vergi orqanı da istəsə bir sorğu ilə bu adam harda nə pul qazanıb öyrənir. iki tərəfin də işi həll olur.
Bizdə necədir. Qanunvericilikde bu kimi yeni trendlər yoxdur deyə yalnız bankda açılan VÖEN hesaba gələn pullar və yalnız əllə qaimə və ya kassa çeki verib alınan pullar nəzarət edilən pullar olur . Xaricdə PayPal və ya digər hesaba gələn pullar isə birbaşa izlənə bilmir. Ona görə də əksər şəxslər bu mənbələre gələn pulun vergisini vermir bizdə.
Verməlidirmi ? Bəli. Sözsüz. Niye? Çünki ölkə ərazisində fəaliyyət göstərib pul qazanan hər kəs vergi ödəməlidir. Payoneer və ya Skrill filan ilə qazanıb vergi verənlər varmı ? Bəli, kifayət qədər. Necə edirlər? Çox sadə. VÖEN əldə edirlər , sonra da üç ayda bir gəliri bəyan edib 2-4% vergi verirlər. Unutmayaq ki bu yolla qazanan şəxs vergi vermədiyi halda hazırda izlənməse belə bu o demək deyil ki izlənə bilməz. Bir sorğu ilə öyrənilə bilər ki bu adam harda nə qazanır.
Sizə məsləhətim:
Bir mühasib xidməti göstərən firma və ya şəxs ilə danışın. Özü sizin üçün hər şeyi izah etsin və həll etsin və başlayın bundan sonra ödəməyə. VÖEN əldə etmək, əldə edərkən hansı tip fəaliyyət növü seçmək, uyğun bank hesabı açmaq və.s. Xidmət haqqı da az olacaq. Əvəzində o qədər şeyi öyrənmək əziyyətinden xilas olacaqsınız, qanuna da riayət etmiş olacaqsınız.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(21:30, 29/03/2018 ) #71511

Təşəkkür edirəm vaxt ayırıb bu qədər ətraflı məlumat verdiniz. Çox az adam var bildiyi bilgini bölüşməyə xəsislik etmir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

MiMov cavab verdi - Özəl ip tv qurmaq (4 gün əvvəl)

MiMov cavab verdi - iptv onlayn paket almaq (4 gün əvvəl)

E. Hacı cavab verdi - 300$ Gömrük Limitini keçdim (10 gün əvvəl)

Software Developer cavab verdi - Aliexpress gömrük rüsumu nəyə görə hesablanır? (12 gün əvvəl)

AliyevYT cavab verdi - Honeygain, passiv gelir (13 gün əvvəl)

Sıradan biri cavab verdi - IMEI qeydiyyatı (14 gün əvvəl)

Fariz Huseynli cavab verdi - cerimenin öyrənilməsi (17 gün əvvəl)

Software Developer cavab verdi - cerimenin öyrənilməsi (19 gün əvvəl)

Software Developer cavab verdi - Kapital bank rekvizit payoneer (19 gün əvvəl)

Software Developer cavab verdi - Hər hansı kompyuter proqramının (EXE faylı) etibarlı olub olmaması yəni qanuni və ya saxta olduğunu necə bilmək olar ? (19 gün əvvəl)

txmn cavab verdi - Hərbi biletsiz, möhlətsiz iş (21 gün əvvəl)

Galaxy cavab verdi - X-də (Twitter) premium abunəliklə bağlı çətinlik (22 gün əvvəl)

Rsad Ncfli cavab verdi - Payonner 2024 ilə bağlı sual (27 gün əvvəl)

Software Developer cavab verdi - Payonner 2024 ilə bağlı sual (27 gün əvvəl)

Rsad Ncfli cavab verdi - Payonner 2024 ilə bağlı sual (27 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23229 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024