Amazon üzərindən satışlar üçün vergi ödəməliyəmmi?

Salam müəyyən müddətdir Amazon platformasında satışlar edirəm və aylıq 10.000 USD civarında pul daxil olur Payoneer kartıma. Bilmək istəyirəm ki bu dövriyyə üçün nə vaxtsa məndən vergi tələb oluna bilərmi? Ya özüm gedim vergilər idarəsinə ki mən belə bir işdən pul qazanıram bunun üçün nə etməliyəm deyim? Ümumiyyətlə bu mövzunun ətrafında da digər bilgisi olanlar ətraflı cavablasa şad olaram.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

davinci (2018-03-29 21:30:12)
Təşəkkür edirəm vaxt ayırıb bu qədər ətraflı məlumat verdiniz. Çox az adam var bildiyi bilgini bölüşməyə xəsislik etmir.

E. Hacı (2018-03-29 19:56:21)
Ilk öncə xaricde bu işlər necə olur baxaq. Ümumdünya ticarət təşkilatı ölkələri asanlıqla bir birində olan sistemlərə girən çıxan pulları görə bilir deyə pul qazanan şəxs əlavə izah vermədən sadəcə bəyan edir ki bu qədər pul gəldi və vergisini ödəyir. Vergi orqanı da istəsə bir sorğu ilə bu adam harda nə pul qazanıb öyrənir. iki tərəfin də işi həll olur. Bizdə necədir. Qanunvericilikde bu kimi yeni trendlər yoxdur deyə yalnız bankda açılan VÖEN hesaba gələn pullar və yalnız əllə qaimə və ya kassa çeki verib alınan pullar nəzarət edilən pullar olur . Xaricdə PayPal və ya digər hesaba gələn pullar isə birbaşa izlənə bilmir. Ona görə də əksər şəxslər bu mənbələre gələn pulun vergisini vermir bizdə. Verməlidirmi ? Bəli. Sözsüz. Niye? Çünki ölkə ərazisində fəaliyyət göstərib pul qazanan hər kəs vergi ödəməlidir. Payoneer və ya Skrill filan ilə qazanıb vergi verənlər varmı ? Bəli, kifayət qədər. Necə edirlər? Çox sadə. VÖEN əldə edirlər , sonra da üç ayda bir gəliri bəyan edib 2-4% vergi verirlər. Unutmayaq ki bu yolla qazanan şəxs vergi vermədiyi halda hazırda izlənməse belə bu o demək deyil ki izlənə bilməz. Bir sorğu ilə öyrənilə bilər ki bu adam harda nə qazanır. Sizə məsləhətim: Bir mühasib xidməti göstərən firma və ya şəxs ilə danışın. Özü sizin üçün hər şeyi izah etsin və həll etsin və başlayın bundan sonra ödəməyə. VÖEN əldə etmək, əldə edərkən hansı tip fəaliyyət növü seçmək, uyğun bank hesabı açmaq və.s. Xidmət haqqı da az olacaq. Əvəzində o qədər şeyi öyrənmək əziyyətinden xilas olacaqsınız, qanuna da riayət etmiş olacaqsınız.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Minoxidil Sifarişi

Bir saatdan 5 dene alanda

Google Adsense vergi

adsense de pul gelmir

drop shipping nedir?

əntiqə, qeyri adi esyalarin satış saytı