Saytdan,portaldan bu qədər qazanc Çox olur ?

Bu məsələnidə neçə vaxtdır araşdırıram :) dedim bir sual verim. Cavablarınız mənə maraqlıdır. Bu mövzuda Yerli saytlara heç toxunmayacam. Deməli Türkiyədə Texno portallara baxıram. Adamlar ofis zad qurub quraşdırıb. Hərəsindədə azı 15,20 nəfər işçi. (programmer,editor,moderator,videographer və.s.) Buların aylıq qazancı bəyəm belə çoxdurki ? Ya həqiqətən çox qazanırlar yada işçilər çox cüzi maaşa işləyirlər.Heç məntiqlə o cüzi maaşda düz gəlmir. Bu portallara nümunə kimi: shiftdelete.net, webtekno.com, technopat.net, hadrwareplus

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Maqa (2018-04-04 15:57:10)
shiftdelete.net, webtekno.com, technopat.net bu üç şirkət türkiyənin demək olar ən böyük elektronika yayımı verən şirkətləridir. Özlərinin böyük oxucu kütləsi var və üstəlik youtube portalında da yetəri qədər izləyiciyə malikdirlər. Webteknonun təkcə 1 milyon abunəsi var youtube da

Həsən (2018-04-04 15:53:06)
Çox sağolun

Həsən (2018-04-04 15:52:49)
Aydındır.. Çox sağolun.

E. Hacı (2018-04-04 14:54:07)
Yuxarıda deyildiyi kimi, bəziləri ola bilər hansısa böyük şirkətin alt qoludur, oradan maliyyələşir. Bəziləri isə müstəqil ola bilər. Niyə də yox. Məsələn shiftdelete-in kifayət qədər böyük auditoriyası var, yüzminlərlə oxucusu var və yetərincə reklam sifarişləri var. 15-20 işçi saxlamaqları heç də təəccüblü olmaz.

webman (2018-04-04 12:21:30)
yəqin hansısa şirkətlərin ayrıca proyektləridir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Youtubede Qazanc

Google Gears

sayt satmaq ucun saytlar?

Google android planşeti

Google Adwords Unsupported Language

Tbilisidə məşhur elan saytı