Yeni təsis edilmiş MMC, bank hesabı olmadan Rüblük Hesabat verə bilərmi ?

MMC keçən ayın 15i təsis edilib. Və artıq rüblük hesabat vaxtıdır. Bilmək istəyirəm bank hesabı olmadan Rüblük Hesabat verə bilərəmmi ?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

E. Hacı (2018-04-06 10:19:37)
Üst menyuda ilk linkin alt menyusundadir. Tapa bilməsez ya 195e zəng edib soruşun, ya da bəlkə heç siz sadələşdirilmiş vergi ödəyicisi deyilsiniz, ƏDV ödəyicisiniz. Mühasib mütləq lazımdır sizdə ilk dövrlər üçün

Həsən (2018-04-06 01:17:25)
Bir problem çıxdı. Deməli E-bəyannamə panelində məndə On-line sadələşdirilmiş bəyannamə Linki çıxmır. Bunun səbəbi nədir sizcə ?

Həsən (2018-04-05 12:26:48)
çox sağolun

E. Hacı (2018-04-05 00:42:58)
Bəli, hesabat vermək lazımdır, orada xüsusi seçim olur, adı belədir: bəyan ediləcək məlumatım yoxdur. Vəssalam, onu seçib göndəriş düyməsinə klik etmək lazımdır. Yaxşı olar ki mühasib ilə anlaşasıniz, bu işləri o görə.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Xaricdən sifariş zamanı kartdan vergi

Fiziki şəxs üçün DSMF-nin B3 hesabatı

Rəsmi distrubutor məhsulun qiymətini nəyə görə təyin etməlidir ?

online vergi hesabatı hakkında

Envato (10% vergi)

Aliexpress Telefon Vergileri