Avtomobil seçimi

Salam dostlar. Mənə doğru avtomabil seçimində köməklik eləsəydiniz minnətdar olardım. Max 18-19000 azn məbləği dəyərində avtomabil almaq istəyirəm. Mənim öz seçimim isə Toyota Camry 2.4 2008-2009 modeldir. Sizcə almağa dəyərmi? Yoxsa hyundai sonata 2.4 2008? Ümumilikdə dediyim məbləğdə həm daha çox komfortlu və həmdə xərc çox tələb etməyən maşın axtarıram.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Maqa (2018-04-08 13:06:13)
Əgər tanışlarınız varsa zəhmət olmasa 2005-2010 cu illərdə olan toyota modellərini soruşun pisləyən olmaz. Hələ özəlliklə prado və camry özünüzdə görürsünüz ki ölkədə nə qədər aktualdır. Hyundai barədə onu deyə bilərəm ki, Hyundai kamfortu 96-2000 lərdə qaldı mənim üçün

serxan518 (2018-04-07 19:56:28)
Təşəkkürlər

E. Hacı (2018-04-07 14:00:34)
"komfortlu və həmdə xərc çox tələb etməyən" - Toyota Camry bu dediklərinizə uyğun gələn maşındır. Hyundai ilə müqayisə etmək doğru çıxmaz, hər halda mübahisə doğurmur ki, Toyota qat-qat üstün bir markadır. Alternativ olaraq 2009-2012 Honda Accord da məsləhətdir, düzdür Camry qədər çox deyil bazarda, tapmaq bir az çətin olur. Amma şəxsən mən Accord alardım. Həm görünüşcə çox daha moderndir, həm daha komfortludur, dözümlülük və sürücü məmnuniyyətində də dünyada ən öncül modellərdəndir.