Laptopu batareyasız işlətmək kompüterə ziyandır?

Salam! Mənim kompüterim(laptop, Toshiba) enerji yığmır. Deyəsən batareyası xarab olub. Bilmək istəyirdim ki, kompüterimi batareyasız işlətməyin ziyanları var? Varsa nələrdir? İndidən təşəkkürlər!

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

kamranasgerov (2018-04-10 13:56:56)
Batareyasız işlətməyin bir ziyanı yoxdur. Lakin əliniz dəyib kabel çıxan kimi kompüterin sönməsinə səbəb olur. Belə olan halda Harddisk zədə(badsector) ala bilər.