PAYONEER İstifadəsinə görə vergi %

Salam. Payoneer kartı açmaq istəyirəm. Özüm də VÖEN istifadəçisiyəm. Bilmək istəyirdim mən vergiyə hər hansı bir hesabat verməliyəm Payoneer kartıma gələcək məbləğı görə? Məndən hər hansı bir faiz tutula bilərmi? Rica edirəm yardımçı olasınız.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

E. Hacı (2018-04-09 16:20:50)
Qanuna görə gəlir varsa, vergi de verilməlidir. Fərqi yoxdur pul hansı karta gəlir. Faiz tutulmayacaq, vergi BƏYAN ilə olur və özünüz ödəyirsiniz. Kimsə sizdən vergi tutmur. Özünüz ödəyirsiz və eyni zamanda ödəməməklə də məsuliyyəti özünüz daşıyırsınız. Buna bənzər suallar çox olub, qısa cavab odur ki, bəli, hazırda bizdə bu tip mənbələrdən gələn gəlirlərə nəzarət imkanı azdır deyə 90%-dən çoxu belə gəlirlərin vergisini vermir. Amma verənlər də var, qanuna tam riayət edənlər. 3 ayda bir adi qaydada, payoneer-ə və ya digər hesablarına nə qədər pul gəliblərsə, cəmləyirlər, hesabatı göndərirlər və 4% sadələşmiş vergi ödəyirlər.