phpMyAdmin #2002 – No connection could be made because the target machine actively refused it. — The server is not responding (or the local server’s socket is not correctly configured).

salam phpmyadmin-ə daxil olduqda belə bir yazı gəlir ekrana: #2002 - No connection could be made because the target machine actively refused it. — The server is not responding (or the local server's socket is not correctly configured). mysqli_real_connect(): (HY000/2002): No connection could be made because the target machine actively refused it.--phpmy adminə daxil ola bilmirəm. şifrə düzdü. 1 ay əvvəl də bu problem qarsima çıxmişdı dedilər format lazimdir komputeri format etdim düzəldi. Udemy-dən dərs almışam orda phpmyadmindən istifadə olunduğu üçün xamp yükləmək istəmirəm. Bu problemi format etmədən necə düzəldim? Bilən varsa xahiş edirəm kömək edin. Əvvəlcədən təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Devolper (2018-04-20 11:51:53)
ayarlarda heç bir dəyişiklik etməmişəm. Porta da baxmışam. Bu komputerə başqa komputerdə yazılan kodu daxil edib açanda açmır. Bir də bu komputerdə yaazdığım bəzi kodlar var onu fləşkarta atmışam. onu yukləyib açandan sonra belə olur. Windows yuklənən proqramların yenilənməsini istəyir.Hər 10 dəqiqədən bir yuklənmənin təsdiqi üçün mesaj gəlir.Yüklənəndən sonra belə olur. Apache serveri silib təzədən yüklədikdən sonra düzəlir.

Seo Mullimi (2018-04-15 17:43:32)
Salam, bu xəta mysqldən qaynaqlanır. Nümunələr Windows əməliyyat sistemi və xampp üzərindən verilib. Siz (easyphp, MAMP, appserv) kimi başqa bir app istifadə edirsizsə eyni qayda ilə edə bilərsiniz. Bu xəta sasən 2 səbəbə görə olur. 1. Mysqlin ayarlarını dəyişmisiz. 2. Mysqlin portunu başqa bir proqram istifadə etdiyinə görə mysql start olmur. Əgər ayarları dəyişməmisizsə, xampp control panelini açırıq və mysqlin xəta vermədən çalışıb çalışmadığına baxırıq. Əgər xəta verirsə onda mysqlin portuna baxırıq (default 3306 olur əksərən). Daha sonra windows düyməsini sıxırıq axtarış yerinə resmon.exe yazırıq. Resmona (Resource Monitor) daxil olduqdan sonra, ardıcıl olaraq Network daha sonra Listening Ports bölməsinə daxil oluruq. Burda mysqlin istifadə etdiyi portun boş olub olmadığını yoxlayırıq və əgər hər hansı bir proqram bu portu istifadə edirsə onda 2 seçiminiz var. 1. Mysqlin portunu istifadə edən proqramı qapatmaq. (Kifayət qədər məlumatınız yoxdursa bu seçim daha yaxşı olar) 2. Mysqlin portunu dəyişməq. Bunlardan birini etdikdən sonra yenidən xampp control panelinə daxil oluruq və mysqli başladırıq. Phpmyadmin istifadə etdiyinizə görə xampp yükləmək istəmədiyinizi qeyd etmisiniz amma phpmyadmin onsuzda xammp ilə birlikdə gəlir.